“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Vüqar Nadirovun “Qarabağ”dan gedişi haqda danışaq. “Qarabağ”ın yetirməsi olan bir futbolçunun gözlənilmədən komandadan ayrılması futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
- Vüqar peşəkar futbolçudur. Onun qərarına hamımız hörmətlə yanaşmalıyıq. Biz çox istərdik ki, o, “Qarabağ”da qalsın, çıxışını doğma klubunda davam etdirsin. Mən Vüqarı hələ kiçik yaşlarından tanıyıram. Ona qarşı xüsusi sevgim var. Amma bu o demək deyil ki, Vüqar ancaq “Qarabağ”da oynamalıdır. Əlbəttə ki, seçimində azaddır. Harda istəsə, orda oynayacaq.
- Mətbuatda yazılanlara görə, Vüqar ona təklif olunan məvacibin əvvəlkindən xeyli az oldğu üçün “Qarabağ”ı tərk edib. Bu, doğrudurmu?
- Maliyyə məsələləri futbolçu və klub arasında həll olunur. Əsas odur ki, Vüqar özü “Qarabağ”da qalmamaqla bağlı qərarını açıqlayıb. Bundan sonra maliyyə məsələlərindən danışmaq əhəmiyyətli deyil. Artıq Vüqarın gələcək karyerası haqda düşünmək lazımdır.
- Azarkeşlər Vüqarın gedişini qəbul edə bilmir. Onlar Vüqarı “Qarabağ”ın simvolu hesab etdikləri deyirlər. “Vüqarsız “Qarabağ” olmaz” deyənlər də az deyil.
- Azarkeşlərin fikri bizim üçün önəmlidir. Amma mən bu məsələdə onlarla razılaşmıram. Çünki komandanın baş məşqçisi var, futbolçu müstəqil qərar qəbul edir. Əgər Vüqar başqa klubda oynamaq üçün “Qarabağ”ı tərk edibsə, bu, azarkeşlər tərəfindən qəbul olunmalıdır.
- Vüqar “Qarabağ”dan ayrılarkən başqa klubda oynamaq istədiyini dedi?
- Hazırda vətəndə deyiləm, Türkiyədəyəm. Vüqarla danışmaq imkanım olmayıb. Fakt budur ki, Vüqar “Qarabağ”da qalmamaq haqda qərarını açıqlayıb. Deməli, başqa kluba keçəcək. Onun “Qarabağ”da qalmasını hamıdan çox mən istəyirdim. Ancaq futbolçunun gedişinə mane ola bilmərik.
- Leroy Corcun məsələsi nə yerdədi?
- Biz ona müqavilə təklif etmişik. Hələ ki, cavab gözləyirik. Corca öz şərtlərimizi demişik.
- Muarem Muarem və VüqarNadirov kimi aparıcı futbolçular getdi. Onların yerini dolduracaq futbolçular transfer olunacaq?
- Əlbəttə, bunun üçün işlər gedir. Komandanı daha da gücləndirmək istəyirik. Çempionlar Liqasında mübarizə aparan komanda ildən-ilə inkişaf etməlidir.
- Adlı-sanlı futbolçuların transferi mümkündürmü?
- Bu haqda indidən dəqiq bir söz deyə bilmərəm. Gəlin, hadisələri qabaqlamayaq. Bəzi futbolçularla danışıqlar gedir.
- Bildiyimizə görə, Namiq Yusifov, Admir Teli və İlqar Qurbanova da yeni müqavilə təklif olunub. Onlar hansı cavabı veriblər?
- Onları da komandamızda görmək istəyirik. Komandanın özəyini saxlamaq niyyətindəyik. Ötənilki heyəti qorumağa çalırışırıq. İşimizi bu yöndə qurmuşuq. Ancaq bəzi məsələlələr var ki, hər kəs buna həssas yanaşmalıdır. Hazırda iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Devalvasiya dövrünü yaşayırıq. Ancaq bu o demək deyil ki, “Azərsun” şirkəti “Qarabağ”dan imtina edəcək. Bununla belə, hazırkı dövrdə bir qədər qənaət etmək lazımdır. Futbolçular da bunu dərk etməlidir.
Ramiq AĞAMƏMMƏDOV
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq