İyunun 8-də “Bakı-2015”-in məşəli birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində olub.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, dan yeri sökülərkən məşəl velosiped idmanının BMX növü üzrə yarışların keçiriləcəyi Velopark ərazisinə gətirilib. Alovu “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Azərbaycan üzrə baş prodüseri Balaş Qasımov qəbul edib.
Sonra məşəl Bakı Su İdmanı Sarayına aparılıb. Altı mindən artıq tamaşaçı tutumu olan idman arenasında məşəlçilər sinxron üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Tatyana Nikitina və Yekaterina Valiulina olublar. Nəinki qitənin, eləcə də dünyanın ən müasir si idmanı mərkəzlərindən olan bu kompleksdə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu il aprelin 20-də istifadəyə verilən bu idman arenasında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək.
Məşəlin növbəti dayanacağı Avropa Oyunları Parkındakı Basketbol Arenası olub. Birinci Avropa Oyunları zamanı 3x3 basketbol üzrə yarışlara ev sahibliyi edəcək arenada məşəli veteran basketbolçu Elxan Əliyev alovlandırıb.
Dağ Velosipedi parkında isə məşəlçi rolunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, yarışların keçiriləcəyi marşrut boyunca alovla hərəkət edib.
Triatlon yarışlarının keçiriləcəyi Bilgəh çimərliyi ərazisində isə məşəli “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçisi Tahir İmanov daşıyıb. Ölkəmizdə idmanın yeni növü kimi get-gedə daha da məşhurlaşan triatlon üzrə ölkəmizi bu mötəbər yarışda üç idmançı təmsil edəcək.
Olimpiya Oyunlarının ikiqat mükafatçısı, dünya və Avropa çempionu, güləşçi Mariya Stadnik “Bakı-2015”-in məşəlini Heydər Əliyev adına İdman Sarayına gətirib. Arenanın daxilində məşəl ilə hərəkət edən birinci Avropa Oyunlarının idman elçisi Mariya Stadnik deyib: “Mötəbər idman yarışının məşəlçisi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Həmçinin birinci Avropa Oyunlarının idman elçisi və yarışın iştirakçısıyam. Çox istərdim ki, birinci Avropa Oyunlarının çempionu adını qazanım. Yarışa çox ciddi hazırlaşmışam. Olimpiya Oyunlarında olduğu kimi çox həyəcanlıyam. Ümid edirəm ki, azarkeşlərimi qələbə ilə sevindirəcəyəm”.
Birinci Avropa Oyunları məşəlinin növbəti dayanacağı Milli Gimnastika Arenası olub. Bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu, Avropa çempionatının bürünc mükafatçısı Marina Durunda məşəl ilə müxtəlif nümunəvi çıxışlar edib. Məşəlçi olması ilə bağlı sevincin bölüşən M.Durunda bildirib: “Belə mötəbər yarışın məşəlçisi olmaq mənim üçün böyük fəxrdir. Birinci Avropa Oyunları Azərbaycanın idman tarixində çox mühüm hadisədir. Uzun müddətdir ki, bu Oyunlara hazırlaşırıq. Əzmlə mübarizə aparıb ölkəmizi layiqincə təmsil edəcəyik”.
Məşəl Milli Gimnastika Arenasından sonra Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib. Respublika stadionu Oyunlar zamanı idmanın başqa bir növü – kamandan oxatma üzrə yarışlara ev sahibliyi edəcək. İyunun 16-dan 22-dək burada keçiriləcək yarışlarda 128 idmançı medallar uğrunda mübarizə aparacaq.
Birinci Avropa Oyunları zamanı kamandan oxatma yarışlarına ev sahibliyi edəcək arenada məşəlçi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə olub.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu