AFFA Məşqçilər Komitəsinin üzvü, "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə milli komandamızın Serbiya ilə yoldaşlıq oyunu (1:4) haqda fikirlərinizi bilmək istərdik.
- Serbiya həm heyətin, həm də taktikanın yoxlanılması üçün əlverişli rəqib idi. Millimiz təzyiq altında oldu. Səhvlərimizi gördük. Onu deyim ki, asan qollar buraxdıq. Havanın dəhşətli isti olması komandamızın fiziki durumda problemlər yaratdı. Sürətli oynamaq mümkün deyildi. Hiss olunurdu ki, futbolçularımızda ağırlıq var. Bu da yəqin ki, intensiv məşqlərlə bağldır.
- Millimizin oyunu nəyəsə ümid verir?
- Bəli, Norveçlə oyuna ümidlə baxmaq olar. Komandamızın oyununu artırmaq potensialı var. Məncə, dünən hesab oyuna görə olmadı. Millimiz çox adi epizodlarda qollar buraxdı. Yəni bu cür məğlubiyyətə layiq deyildik. Norveçdə isə yaxşı nəticə qazanmaq olar.
- "Kəpəz"də işlər necə gedir?
- İyunun 20-dən 28-nə qədər Gəncədə sırf gəncəli futbolmularla toplanışımız olacaq. İyulun 1-dən 10-na qədər Bakıda hazırlıq keçəcəyik. Həmin mərhələdə komanda 60-70 faiz hazır olmalıdır.Bir neçə yoldaşlıq oyunu keçirməyi nəzərdə tutmuşuq. Təlim-məşq toplanışı üçün hansı ölkəyə gedəcəyimiz komandanın komplektləşdirilməsindən asılı olacaq.
- Transfer işləri nə yerdədir?
- Bu sahədə hərtərəfli işlər gedir. Əfsuslar olsun ki, hələlik təkcə Bəxtiyar Soltanovla müqavilə imzalamışıq. Ancaq bir neçə futbolçu ilə danışıqlar gedir. Yaxın günlərdə onların bəziləri ilə müqavilə imzalanacaq.
- "Kəpəz" ev oyunlarını Gəncədə keçirə biləcəkmi?
- Bu yaxınlarda Gəncə şəhər icra hakimiyyətinin başçısı ilə görüşümüz oldu. Artıq danışıqların nəticlərini görürük. Bakıda olan ingiltərəli mütəxəssislər bir neçə gün əvvəl Gəncə şəhər stadionunda oldular. Onlar meydançanın durumu ilə maraqlandılar və nə edilməli olduğu haqda qərar çıxardılar. Əsas stadionun yanındakı süni örtüklü meydança hazır olanda ev oyunlarını orda keçirəcəyik. Bazamız da bərbad vəziyyətdədir. Bazanın yenidən qurulması üçün də işlər gedir.
- Maraqlıdır ki, məşqçilik karyeranızda uzun müddət fasilədən sonra "Rəvan"ı çalışdırdınız. İndi isə "Kəpəz". O qədər də iddialı olmayan komandaları öhdənizə götürəndə tərəddüd etmirsiniz?
- Mənim xarakterim elədir ki, həmişə nəyisə sübut etməyə çalışıram. Bəli, hazır komandaya getməkdənsə hər şeyi yenidən başlamağı üstün tuturam. Burda bir üstünlüyüm var ki, öz futbol fəlsəfəmə uyğun komanda yaradıram. Komandanı sıfırdan qurmaq nə qədər ağır olsa da, mənə belə xoşdur. Rəhbərlik tərəfdən mənə hər bir səlahiyyət verilib ki, istədiyim komandanı qurum. Bilirəm ki, ilk altı ay çətin olacaq. Ardıcıl məğlubiyyətləri, uğursuzluqları gözümün qarşısına gətirirəm. Ancaq inanıram ki, rəhbərliyin dəstəyi ilə uğura gəlib çıxacağıq. Mən daha əvvəl də "Kəpəz"i çalışdırmışam. Ancaq indi hər şey fərqlidir. O vaxt "Gəncə" adlanan komanda Premyer Liqada çıxış edirdi. İndi isə "Kəpəz" birinci divizionu 9-ci pillədə tamamlayıb. Bu komanda ilə Premyer Liqada "Qarabağ", "Qəbələ", "Neftçi" kimi komandalara qarşı mübarizə aparmaq çətin olacaq. Ona görə də komandanı sıfırdan yığmalıyıq.
- Üstəlik, indi Gəncədə əvvəlki kimi futbolçular yetişmir.
- Bəli, demək olar ki, yox dərəcəsindədir. Son 2-3 ildə Gəncədə futbolçu qıtlığı yaranıb.
- Bu çətinliklərin fonunda "Kəpəz" nə dərəcdə iddalı ola biləcək?
- Hər bir işdə çətinliklərlə bərabər məqsəd də olur. Biz də məqsədimizə doğru geədəcəyik. Qarşımıza hədəf qoymuşuq ki, ilk "altılığ"a düşək. Ancaq növbəti mövsüm iddialarımız mütləq artacaq. Bununla kifayətlənmək fikrində deyilik.
- Məşqçilər Komitəsindəki işinizi davam etdirəcəksiniz?
- İyulun 1-də "Kəpəz"lə müqavilə bağlayacam. Həmin vaxta qədər Məşqçilər Komitəsindəki işimi davam etdirəcəm. İş yerimə hörmət edirəm. Rəhbərlik hansı qərarı çıxarsa, razılaşacam.
Ramiq AĞAMƏMMƏDOV
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq