Prosineçki: "Fərdi ustalıq öz sözünü dedi"

Prosineçki: "Fərdi ustalıq öz sözünü dedi"
ÖLKƏ FUTBOLU 7 İyun 2015 / 23:09 8254
-  A +

“Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik. Amma Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri yığmamızın baş məşqçisi Robert Prosineçki Serbiya ilə yoxlama görüşündən (1:4) sonra deyib.

Xorvatiyalı mütəxəssis komandasının ilk hissədəki oyunundan razı qaldığını bildirib: "Fərdi ustalıq öz sözünü dedi. Qolların birini standart vəziyyətdən – künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq.
 
Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Norveç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”.  

Qeyd edək ki, yığmamız iyunun 12-də "Avro-2016"nın seçmə mərhələsində səfərdə Norveçin qonağı olacaq.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq