Tahir Gözəl: "Qarabağ"ın adını təmiz saxlamalıyıq"

Tahir Gözəl: "Qarabağ"ın adını təmiz saxlamalıyıq"
ÖLKƏ FUTBOLU 4 İyun 2015 / 18:51 3796
-  A +

"Qarabağ" üçün möhtəşəm il oldu. Bunun ən böyük səbəbi gözəl səmimiyyət, paklıqdı. Hər şeyə görə klubun prezidenti Abdulbari Gözələ borcluyuq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib. 

"Qarabağ"ın həm ölkə çempionatının, həm də kubokun qalibi olması münasibətilə klubun bazasında keçirilən tədbirdə çıxış edən vitse-prezident komandanın adını təmiz saxlamağa çalışacaqlarını bildirib: "Qarabağ"ın adını təmiz saxlamalıyıq. Avropada da bizi belə tanımalıdırlar. Komandanın uğurlarına görə bütün türk dünyasını təbrik edirəm.

Abdulbari Gözəl "Qarabağ"ı mənə tapşırdı. Mən də çalışdım ki, "Qarabağ" təmiz adla uğur qazansın. Qurban Qurbanovun komandamıza gəlişindən sonra isə hər şey daha yaxşı oldu. Q.Qurbanov ən əsası bir insan kimi qəlbimizə yol tapdı".
 


Daha çox


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya