"Neftçi"nin duzu-istiotu Sadıq Sadıqov və Böyükağa Hacıyevlə gedib"
AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Sabiq komandanız dünən ölkə kubokunun finalında "Qarabağ"a uduzdu. Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox təhriklərə baxmayaraq oyunu canlı izləmək üçün Qəbələyə getmədim. Televiziyadan baxdım. "Qarabağ" çox asanlıqla və layiqli qələbə qazandı. Qurban Qurbanovun komandası hələ 3-4 qol epizodunu "Neftçi"yə bağışladı. Bu gün "Neftçi"ni udmaq problem deyil. Bildiyiniz kimi, komanda 7 oyundur qalib gələ bilmir. "Neftçi"də heç vaxt belə hal olmayıb. Komanda medalçılar sırasına da düşə bilmədi.
- Ötən mövsüm sizin rəhbərliyiniz altında da "Neftçi" 4-cü pilləni tutmuşdu.
- Mən üçüncü yeri "Qəbələ"yə bağışladım və bu komandanı kubokun finalında uddum. Futbolda iki əsas uğur var: çempionluq və kubok. "Neftçi" kimi komandanın ikinci və ya səkkizinci yeri tutmasının heç bir fərqi yoxdur. Ya çempion olmalı, ya da kuboku qazanmalısan.
- Final matçından dərhal sonra Arif Əsədov komandadan göndərildi. Buna münasibətiniz necədir?
- Arif Əsədov qovulmağını gözləməməli idi. Oyun bitən kimi istefa verdiyini açıqlasa, daha hörmətli olardı. Özünə hörmət qoyan məşqçi üçün bu, daha yaxşı olardı. Əsədov həmişə deyərdi ki, istefa vermək acizlik əlamətidir. Ancaq mən deyirəm ki, istefa vermək kişilik əlamətidir.
- Ötən ildən indiyə qədər "Neftçi"də nə dəyişib ki, komanda belə uğursuzluğa düçar oldu?
- Bunu Arif Əsədovdan və "Neftçi"nin hazırkı rəhbərliyindən soruşsanız, daha yaxşı olar. Açıq danışmaq lazımdır. Mənim vaxtımda "Neftçi"nin oynadığı futboldan bu gün əsər-əlamət qalmayıb. Dünənki oyunda "Neftçi" heç cür "Qarabağ"la bacarmadı. Heyətə firkir versək, görərik ki, mən bu futbolçularla uğur qazanmışam. Yəni heyətin özəyi qorunub. Mənim dövrümdə də bəzən 2-3 ay maaş olmurdu. Komandanı oyuna nizamlamaq lazımdır. Məşqçi bunu bacarmalıdır.
- Ötən müsahibənizdə bildirmişdiniz ki, Çingiz Abduallayevin məni "Neftçi"yə dəvət edəcəyinə inanmıram. Sizin "Neftçi"yə qayıtmaq fikriniz var?
- Mən onu əyani sürətdə tanımıram. Mənə belə bir təklif yoxdur. Əgər məni dəvət etsələr, dərhal qərar vermərəm, fikirləşərəm.
- Niyə dərhal cavab verməzdiniz?
- Unutmayın ki, mən "Neftçi"də güclü idarəçi olan Sadıq Sadıqovla işləmişəm."Neftçi"nin duzu-istiotu Sadıq Sadıqov və Böyükağa Hacıyevlə gedib.
- "Neftçi"ni dünənki oyuna siz çıxarsaydınız, başqa nəticə qeydə alınardı?
- Əlbəttə, başqa ab-hava yaranardı. Hər halda mən bu heyətlə “qızıl dubl” etmişəm.
Ramiq AĞAMƏMMƏDOV
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi