“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib gəldikləri Azərbaycan kubokunun final matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, oyunu şərh edən təcrübəli mütəxəssis qarşıdakı planlardan da danışıb
- Oyun istədiyiniz kimi keçdimi?
- Bizim üçün uğurlu oyun alındı. Çempionluqla yanaşı, kubokun da qalibi olmaq istəyirdik. Mən öncədən də demişdim ki, matçın sonuna qədər hansısa bir problem yaşaya bilərik. 2:1 hesabı ilə öndə olanda futbolçularda istər-istəməz rahatlıq yarandı. Rəqib xeyli sayda künc və cərimə zərbələri qazandı. Belə oyunlarda qapı önündə sərbəst zərbələr çox təhlükəli olur. Artıq 3-cü qoldan sonra futbolçular daha inamlı oynamağa başladılar. Düşünürəm ki, ağır və uğurlu mövsüm keçirdik. Futbolçularımız bu qələbəyə layiq idilər. Bu gün də sona qədər nəticəyə oynamağı bacardılar. Lazım olanda tempi yüksəldir, bəzən də azaldırdılar. Həmçinin, topla daha çox davranırdılar. Hamısını bir-bir öpürəm.
- Ötən mövsüm səsiniz belə tutulmamışdı. Demək olarmı budəfəki uğur sizə daha şirin gəldi?
- Səsim müsahibə verməkdən tutub (gülür).
- “Qarabağ” final matçının tam hakimi idi. Bununla razısınız?
- Həqiqətən də, futbolçularımız yaxşı oynadılar. Özlərini meydanda sərbəst hiss etdilər. Məncə, belə oyun keçirməyimizdə meydança amilinin də rolu oldu. Çünki “Qəbələ”nin çox gözəl meydançası var. Stadionda da ab-hava əla idi. Azarkeşlərimiz daim bizimlə oldular. Bütün bunlar da futbolçulara əlavə güc verir. Bu gün bütün oyunçulardan razı qaldım.
- Hesab 2:0 olandan sonra kuboku qazandığınızı düşündünüzmü?
- Xeyr. Hətta hesab 3:1 olandan sonra bir az arxayınlıq yarandı. Rəqibin cərimə və künc zərbələrinin sayının çoxalmağa başlaması məni narahat edirdi. Buraxdığımız qolu da gördünüz. Belə oyunlarda istər-istəməz stress çox olur. İbrahim Şehiç də qol epizodunda problem yaşadı. Yalnız final fitindən sonra kuboku qazandığımıza əmin oldum.
- 19 il əvvəlki matçın revanşını aldığınızı demək olar?
- Belə düşünmürəm. Biz bu gün üçün meydançaya çıxıb mübarizə apardıq. Yalnız qarşımıza qoyduğumuz məqsədə çatmaq barədə düşünürdük. Belə oyunlarda istənilən komanda qalib gələ bilər. Hansısa il bir komanda üçün uğurlu və ya uğursuz ola bilər. Bəlkə də düşünmək olar ki, “Neftçi” üçün uğursuz mövsüm keçdi. Ancaq bu təhlükə hər birimizi gözləyə bilər. Belə hallarla üzləşməmək üçün gələcəkdə ehtiyatlı olmalıyıq. Bütün bunlar futbolun silinməyən qanunlarıdır. “Neftçi” böyük klubdur və tez bir zamanda hər birimizi sevindirəcək.
- Bir neçə oyunçu ilə yollarınızı ayıracağınız deyilir. Bu amil Çmpionlar Liqasında “Qarabağ”a əngəl yaratmaz ki?
- İlk növbədə bu turnirə yaxşı hazırlaşmağa çalışacağıq. Ümumi planım hələ hazır deyil. Hələ düşündüyüm komanda formalaşmayıb.
- Muarem Muarem komandadan ayrılır.
- Bəli, Muarem sabah (müsahibə dünən götürülüb-red.)“Eskişəhərspor”la müqavilə imzalamağa gedəcək.Ona uğurlar arzulayıram. O,“Qarabağ” klubu və azarkeşləri üçün çox dəyərli bir futbolçu idi. Muarem hər şeyin ən yaxşısına layiq bir futbolçudur. Onun kimi peşəkar futbolçu hər baş məşqçinin əlinə düşmür. Ona ancaq uğurlar arzulayıram.
- Coşqun Diniyev və Vüqar Mustafayevin transferi Namiq Yusifovun komandadan ayrılacağından xəbər vermir?
- Bu transferlərdə əlbəttə ki, limitin də rolu var. Amma biz onları daha çox oyunlarına görə dəvət etmişik. Təbii ki, gedən oyunçular da olacaq. Hər bir futbolçu daim əsas heyətdə oynamaq istəyir. Ona görə də çətinliklər olur. Bu barədə hələ qərarımı verməmişəm. Bir-iki gün Bakıda olacam. Çalışacam ki, ən düzünü edək və gedənlər də razı qalsın.
- Bu mövsüm Avropa Liqasının qrupunda oynadınız, çempion oldunuz, kuboku qazandınız. Bunu Azərbayan futbol tarixində bir klub üçün ən uğurlu nəticə saymaq olarmı?
- Belə uğurlar təcrübəmizi daha da artırır, bizi gələcəyə ümidləndirir. Belə matçlarda daim nəticəyə oynamağı bacarmalıyıq. Qazandığımız bu uğurlar bizim məsuliyyətimizi daha da artırır. Çünki bundan sonra daha yaxşı nəticələr tələb olunur. Bu da istər-istəməz işimizi həm çətinləşdirir, həm də çoxaldır.
Ergün SEYİD
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi