"Qarabağ"ın müdafiəçisi Maksim Medvedyev Azərbaycan Premyer Liqasının 35-ci turunda Bakı "İnter"i ilə oyundan (1:2) sonra Qol.Az saytına müsahibə verib.
- Son oyunda niyə uduzdunuz?
- Turnir cədvəlinin liderlərinin mübarizəsi idi. Çempionluq üçün heç bir əhəmiyyəti olmasa da, matç maraqlı keçdi. Məğlub olduq, ancaq vaxtında lazım olan xalları toplayıb çempionluğu təmin etmişdik. “İnter” mübariz komandadır. Son turlarda demək olar ki, aramızdakı xal fərqini azalda bildilər. Onlara ancaq uğurlar arzulaya bilərəm.
- Necə düşünürsən, “İnter” bundan öncəki tur səfərdə “Qəbələ”ni məğlub etsəydi, bu matçın nəticəsi belə ola bilərdi?
- Əgər “İnter”lə oyun çempionluğun taleyini həll edəcək olsaydı, meydanda "qırğın" olacaqdı. Amma hər şey öncədən həll olunduğundan bir az ehtiyatlı davrandıq. Çünki qarşıda vacib oyunumuz var və istəmirdik hansısa birimiz zədələnək. “İnter”lə oyun bizim üçün kubokun finalına hazırlıq idi. Bununla belə, meydandan qələbə ilə ayrılmaq istəyirdik.
- Səncə, çempionluqla yanaşı Azərbaycan kubokuna da sahib ola biləcəksiniz?
- Onu deyə bilərəm ki, əlimizdən gələni edəcəyik. Düzdür, şanslar bərabərdir. Final matçı neytral meydanda keçiriləcəyi üçün hər iki komandaya çətin olacaq. Həm “Neftçi”nin, həm də bizim uyğunlaşmadığımız bir stadionda oynayacağıq. Hamını maraqlı oyun gözləyir.
- “İnter”in heyətində son oyunlarını keçirən "Qarabağ"ən yeni futbolçuları Elvin Məmmədov və Coşqun Diniyev haqqında nə deyə bilərsən?
- İnanıram ki, onların komandamıza faydası olacaq. Hər ikisi yaxşı futbolçulardır. Öz üzərlərində bir az da işləsələr, daha yaxşı olacaqlar. “Qarabağ”da əsas heyət söhbəti yoxdur ki, onlar üçün heyətə düşmək çətin olsun. Kim hazırdırsa, o da çıxıb mübarizə aparır. Buna baxmayaraq, rəqabət lazımdır. İnanıram ki, bu gündən sonra daha yaxşı olacaq. Çünki biz Çempionlar Liqasında mübarizə aparacağıq. Futbolçularımız yaxşı formada olmalıdır.
- Bu dəfə azarkeşlər “Qarabağ”ı Çempionlar Liqasının qrupunda görə bilər?
- Keçən il əlimizdən gələni etsək də, “Zalsburq” səddini keçə bilmədik. Bu il də çalışacağıq ki, Çempionlar Liqasının qrupa düşək.
- Sonda bilmək istərdik ki, bu çempionluğu kimə həsr edirsən?
- Bizim matçları izləməyə fiziki qüsuru olan azarkeşlər gəlirdilər. Bu çempionluğu onlara və bütün azarkeşlərimizə həsr edirəm.
Ergün SEYİD
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi