Türkiyə klubu Leroy Corcla danışıqlara başladı

Türkiyə klubu Leroy Corcla danışıqlara başladı
ÖLKƏ FUTBOLU 25 May 2015 / 11:45 10468
-  A +

"Qarabağ"ın futbolçusu Leroy Corc Türkiyə superliqasında oynaya bilər.

Qol.Az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən yaydığı xəbərə görə, 12 ildən sonra yüksək liqaya  vəsiqəyə qazanan "Göztepe" klubu hollandiyalı oyunçunu transfer etmək istəyir.

Həm sağ, həm də sol cinahda oynamağı bacaran  28 yaşlı yarımmüdafiəçi ilə artıq klub nümayəndələrinin ilkin danışıqlara başladığı bildirilib. L.Corcun oyununu komandanın baş məşqçisi Metin Diyadinin bəyəndiyi qeyd olunub.

Xatırladaq ki, L.Corc 2013-cü ildən "Qarabağ"da oynayır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner