"Belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər"

"Belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər"
ÖLKƏ FUTBOLU 22 May 2015 / 22:10 6069
-  A +

“Cari çempionatdakı son ev oyununda qələbə qazandıq. Artıq mövsüm başa çatmaq üzrədir. Fasilə zamanı komandanı komplektləşdirməliyik".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 35-ci turunda "Simurq"a 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

"Son vaxtlar belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər. Əgər belə bir iş bizə həvalə olunsa, o zaman planlarımızda və transfer çalışmalarımızda dəyişiklik ediləcək. Düşünürəm ki, komandanı mövsüm başa çatdıqdan sonra maksimum yeddi oyunçu tərk edəcək". 

Daha çox


Son xəbərlər