"Cari mövsüm bizim üçün yuxu kimi oldu. Avropa Liqasında yaxşı çıxış etdik, turnirin finalçısına səfərdə qalib gəldik. Ardıcıl ikinci dəfə ölkə çempionu olduq və kuboku da qazanmaq şansımız var".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və Hersoqovina mətbuatına danışan Şehiç cari mövsümün onun üçün çətin keçdiyini bildirib: "Qarabağ" bu çempionluğu uzun müddət gözləyirdi. Nəhayət, ardıcıl iki mövsüm çempionatın qızıl medallarına yiyələndik. Bu, mənim komandaya gəlişimlə üst-üstə düşdüyü üçün çox şadam. Mövsüm bizim üçün çətin keçdi. 62 oyunun 90 faizində iştirak etmişəm. Buna görə çox yorğunam. Ancaq şikayətlənmirəm. "Qarabağ"la ikinci titulumu qazandığım üçün şadam. Çempionluq başqa heç nə ilə müqayisə edilə bilməz.
Hakimlərin qərəzli qərarı ilə Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra iştahamız daha da artıb. Biz qrupun son oyununda "İnter"ə qalib gəldik. Lakin hakimlər təmiz qolumuzu hesaba almadılar. Nəticədə 1/16 finala "Dnepr" yüksəldi və hazırda onlar finaldadırlar. Növbəti mövsüm Çempionlar Liqasının qrupunda oynamaq istəyirik".
Qeyd edək ki, ardıcıl ikinci dəfə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" bu mövsüm "qızıl dubl" etməyə yaxındır. Bunun üçün Ağdam təmsilçisi ölkə kubokunun finalında "Neftçi"ni məğlub etməlidir. "Qarabağ" - "Neftçi" oyunu oyunun 3-də, Qəbələ şəhər stadionunda keçiriləcək.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı