Mayın 14-də U-16 Liqası”nın 30-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” (3:3) görüşündə xoşagəlməz hadisə baş verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun başa çatdıqdan sonra “Qəbələ”nin və eyni zamanda, U-16 milli komandamızın futbolçuları – Aqşin Hüseynov və Murad Qayalı hakimlər briqadasının 2 üzvünə fiziki təsir göstəriblər.
Hadisənin ardından məsələ ilə bağlı klub və akademiya rəhbərliyinin iştirakı ilə toplantı keçirilib və qərar qəbul olunub. Qərara əsasən, sözügedən futbolçular transferə çıxarılıblar.
Klub məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda deyilir: "İdmanda bu cür hadisələrin əleyhinəyik və daim “Fair play” qaydalarına əməl olunmasını dəstəkləyirik. “Qəbələ” İdman Klubunun məqsədi ölkəmizə layiqli idmançılarla yanaşı, sağlam düşüncəli, intizamlı, tamaşaçıya, hakimlərə, rəqibə və komanda yoldaşlarına hörmət bəsləyən fərdlər yetişdirməkdir. Məhz buna görə də, oyunu idarə edən hakimlər briqadasının üzvlərinə fiziki təsir göstərmiş idmançıların klubumuzda saxlanılmaları klub fəlsəfəsinə tamamilə ziddir. Biz bu hadisəni pisləyir və bildiririk ki, belə xoşagəlməz halların təkrarlanmaması üçün bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirəcəyik".
“Qəbələ” İdman Klubu hakimlər briqadasının üzvləri – Bəxtiyar Gözəlov, Rövşən Məmmədov, Elşad Abdullayev və Cahangir Yusifzadədən, həmçinin, bütün futbol ictimaiyyətindən üzr istəyir!
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi