“Bizim səhvimiz Turində oldu” – Ançelotti

“Bizim səhvimiz Turində oldu” –  Ançelotti
GÜNDƏM 14 May 2015 / 03:10 9092
-  A +

“Komandan bütün gücünü ortaya qoydu. Əlimizdən gələn hər şeyi etdik. Bizim səhvimiz  Turində keçirilən ilk qarşılaşmada oldu”.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin “Yuventus”la cavab matçından (1:1) sonra deyib.

Rəqib haqda xoş sözlər söyləyən italiyalı mütəxəssis “Yuventus”un finala layiq oynadağını qeyd edib: ”Yuventus” çox çətin komandadır. Əlaı mövsüm keçirdilər. Nəticədə yaxşı oyun sayəsində bizi də mübarizədən kənarlaşdırıb finala yüksəldilər”.

Ançelotti finaldakı favoritinı də açıqlayıb: “Favorit “Barselona”nı görürəm. Ancaq finalda hər şey ola bilər”.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk