AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Kəpəz”in Premyer Liqaya qayıdışına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, o, Futbolxeber.az saytına verdiyi açıqlamada Gəncə klubunun Premyer Liqaya qayıtmasının futbolumuzun inkişafına təkan verəcəyini vurğulayıb:
“Kəpəz”in Premyer Liqaya qayıdışına ancaq sevinmək olar. Bu, təqdirəlayiq haldı. Bölgələrdə futbol mütləq olmalıdır. “Kəpəz”in Premyer Liqaya qayıtması futbolumuzun inkişafına təkan verəcək. Ölkənin ikinci şəhəri futbolsuz qala bilməz. Əminəm ki, biz Gəncə futbolunu əvvəlki səviyyəsinə qaytara biləcəyik. Bir neçə il əvvəl “Kəpəz” ölkə futbolunda sözünü deyən komandalardan biri idi. Dəfələrlə ölkə çempionu olan, kuboku qazanan komandanın üzvləri millidə də aparıcı mövqe tuturdular. AFFA-nın bu təşəbbüsünü müsbət qarşılayıram. Bu, ilk addımdı. Əminəm ki, bunun davamı da gələcək. AFFA rəhbərliyi də bölgələrdə futbolun inkişaf etməsini çox istəyir. Bu gün böyük futbol Gəncəyə qayıdır. Zaman keçdikcə digər şəhər və rayonlarda da eyni hala rast gələcəyik”.
Xatırladaq ki, ötən gün AFFA Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Toplantıda “Kəpəz”ə növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya verilib.
"Neftçi" hücumçu aldı
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir