"Neftçi"nin təlim məşq bazasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə şura üzvlərinə ilk iclasda qəbul olunmuş qərarların icrasına dair hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:
1. "Neftçi"nin yeni strukturu və iş sisteminə uyğun olaraq hazırlanmış ştat cədvəli Müşahidə Şurası tərəfindən təsdiq olunub.
2. "Neftçi"nin rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında keçirilmiş sorğunun nəticələri Müşahidə Şurasına təqdim olunub. Sorğuya əsasən hazırkı loqotipin saxlanmasının lehinə fikir bildirən azarkeşlərin rəy çoxluğu nəzərə alınaraq hazırki loqotipin saxlanmasına qərar verilib.
3. İclasda şura üzvlərinə yeni yaradılacaq "Neftçi"nin muzeyinin layihəsi təqdim edilib və layihəyə əsasən muzeyin 8-ci km qəsəbə stadionunda təsis edilməsinə qərar verilib.
4. "Neftçi"nin iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı AFFA ilə əməkdaşlıq məsələsi müzakirə olunub. İlkin olaraq əldə edilmiş razılığa əsasən əlavə xərclərin aradan qaldırılması məqsədi ilə "Neftçi"nin məhsullarının milli komandaların rəsmi "Fan shop" məntəqələrində satışa çıxarılması səmərəli hesab edilib.
5. İclasda Azərbaycan Kubokunun final oyunu - "Qarabağ" - "Neftçi" matçına hazırlıq məsələləri müzakirə edilib.
6. İclasda “Neftçi”nin əsas komandası yeni mövsümə hazırlıq məsələsi müzakirə olunub. Təqdim olunmuş təqvim planına əsasən komandanın yay təlim-məşq prosesinin 17-28 iyun tarixləri aralığında Avstriyada təşkil olunması və toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi" UEFA Avropa Liqasının iyunun 22-də baş tutacaq püşkatmasının nəticəsindən asılı olaraq Bakıya, yaxud rəqib klubun təmsil olunduğu ölkəyə səfər edəcək.
7. İclasda klubun inkişaf strategiyasının hazırlanaraq Müşahidə Şurasına təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.
8. İclasda klubun transfer siyasəti, seleksiya prosesi, eləcə də gündəlikdə olan cari məsələlər müzakirə edilib.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı