“Qəbələ” Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sumqayıt”la üz-üzə gəlib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, səfər oyununda 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” uğurlu seriyalarını bu matçda da davam etdirib.
Bu il fevralın 10-da səfərdə “Simurq”a 0:2 hesabı ilə məğlub olan Roman Qriqorçuk həmin oyundan sonra rəqib meydanında xal itirmir. “Qarabağ”ı 1:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Neftçi”ni 3:1, “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” Sumqayıtın eyniadlı komandası ilə matçda ardıcıl 6-cı səfər qələbəsini qazanıb. Bu da klub tarixinin rekordudur.
“Qəbələ” fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirdikdən sonra çempionat matçlarında uduzmayıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 28 xal qazanıb. 6 səfər oyunu ilə yanaşı, “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da “Qəbələ” məğlubiyyət acısı yaşamayıb. Komandanın Premyer Liqadakı ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “qırmızı-qaralar” 16 matçda heç kimə yenilməyib.
“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun komandası 11 matçdır meydanı qolsuz tərk etmir. Bu görüşlərdə "Qəbələ" 21 dəfə fərqlənib. İndiki seriya klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” indiyədək belə məhsuldarlıq nümayiş etdirməmişdi.
Cari mövsümdə son səfər matçını keçirən “Qəbələ” Premyer Liqanı 2 ev oyunu ilə bitirəcək. Rəqib meydanlarında 9-cu qələbəsini qazanan, qol sayını 23-ə, top fərqini 5-ə, xal hesabını 30-a çatdıran “qırmızı-qaralar” mövsümlər üzrə ən yaxşı nəticələrini göstərib. Bu 4 rekordun hamısı ötən mövsümün göstəricilərinin yenilənməsi ilə gerçəkləşib. Həmin 18 səfər oyununda 8 qələbəsi, 21 qolu, 3-ə bərabər top fərqi və 29 xalı olan komandanın rekordları cəmi 1 ildən sonra yenilənib.
Klub tarixinin ən məhsuldar futbolçusu olan Viktor Mendi “Sumqayıt”la oyunda 2-ci qolu vurmaqla “qırmızı-qaralar”ın heyətində 32-ci dəfə fərqlənib. O, “Qəbələ” tarixinin ən məhsuldar oyunçuları siyahısında Dodo (23), Rövşən Əhmədov (20), Kənan Kərimov (18), Yannik Kamanan (17), Deon Bartonu (15) qabaqlayır. Premyer Liqada 28-ci qolunu vuran seneqallı hücumçu Dodo (21), Yannik Kamanan (16), Deon Bartonla (15) fərqi artırıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı