“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Növbəti turda qarşılaşacağınız “Xəzər Lənkaran”la oyuna hazırlıq necə gedir?
- Çempionatın sonuna yaxınlaşdıqca hər birimizdə həyacan çoxalır. Çünki istədiyimiz nəticənin bir addımlığındayıq. Hazırlıq prosesinə gəldikdə, hər şey öz qaydasında gedir. Düzdü, heyətdə bəzi problemlərimiz var. Amma əlimizdən gəldiyi qədər “Xəzər Lənkəran” səfərinə yaxşı hazırlaşmağa çalışırıq. Gözləyirik oyunun vaxtı gəlsin və meydana çıxıb yaxşı nəticə əldə edək.
- Komandanız son turda “Qəbələ” səfərində qələbəni axırıncı dəqiqələrdə əldən verdi. Bütün bunlar qeyd etdiyiniz həyacandan ola bilərmi? Və bu problemin “Xəzər Lənkəran”la oyunda da yaşanması mümkündürmü?
- İstədiyimiz nəticəni əldə etmək üçün ilk növbədə komandanı psixoloji cəhətdən yaxşı hazırlamağa çalışırıq. Ümumiyyətlə, “Qəbələ” və “Xəzər Lənkəran” fərqli rəqiblərdir. Bizim üçün Qəbələdə oynamaq daha asandır, nəinki Lənkəranda. “Xəzər Lənkəran” həddindən artıq həvəsli komandadır. Onların meydanında oynamaq hər bir rəqib üçün həmişə çətin olub. “Neftçi” ilə oyunları da göstərdi ki, bu komanda nə qədər ciddi rəqibdir. Matçın ağır olacağını bilirik, amma çalışacağıq bu səfərdən qələbə ilə dönək.
- Çoxları artıq “Qarabağ”ı çempion kimi görür....
- Əslində mən belə söhbətləri xoşlamıram. 10 tur bundan öncə də deyirdilər ki, “Qarabağ” artıq çempiondur. Amma digər komandalar haqqında bunu demirlər. Sona kimi gözləmək lazımdır. Rəqiblərimizlə aramızdakı xal fərqi azala bilər. Əlbəttə, maksimum çalışırıq yaxşı nəticə əldə edək.
- Mövsüm sonunda hansısa futbolçunu komandadan göndərməyi düşünürsünüz?
- Hazırda bu haqda fikirləşmirik. Futbolçularımızın sayı da çox deyil ki, kimlərisə göndərək. Komandada olanlar özlərini yaxşı tərəfdən göstərirlər və onların yüksək səviyyəyə çatmasına çalışırıq. Çempionatın gərgin anlarıdır və bu barədə düşünməyə vaxtımız da yoxdur.
- Çumbinyonu necə, komandada saxlayacaqsınız?
- Çox ehtimal ki, Çumbinyo iyunda “Qarabağ”ın toplanışında iştirak edəcək. Mayın axırlarında gəlmək ehtimalı var idi. Amma biz onun vətəni Braziliyada qalmasını istədik ki, müalicəsini tam başa çatdırsın. Komandaya qayıdandan sonra onunla bağlı yekun qərar veriləcək.
- Amma yəqin ki, “Qarabağ”a yeni futbolçular dəvət edəcəksiniz.
- Bəli, bu haqda düşünürük. Əsasən hücum və yarımmüdafiənin orta xətti üçün futbolçularla maraqlanırıq. Ümumiyyətlə, istəyirik komandada yenilik olsun. Əgər düşündüyümüz futbolçu olsa, transfer etməyə çalışacağıq.
- Hazırda konkret olaraq hansı futbolçu ilə maraqlanırsınız?
- Maraq dairəmizdə olan futbolçuların siyahısını veriblər və çalışacağıq həmin futbolçuları gələcəkdə komandamıza cəlb edək. Əgər kiminləsə anlaşa bilsək bu barədə məlumat verəcəyik. İndidən bu haqda danışmaq tezdir.
- Transfer siyahınızda yerli futbolçu var?
- Tələblərimizə uyğun yerli futbolçular azdır. Həmin futbolçuların da öz komandaları ilə müqavilələri var. Onları əldə etmək çətindir. Biz o futbolçuları komandaya dəvət etsək yəqin ki, klubları tərəfindən “yox” cavabı gələcək. Ona görə daha çox əcnəbilərə üstünlük verəcəyik.
- Dani Quintananın hazırlığı hansı səviyyədədir?
- Normaldır. Komanda ilə məşqlərini davam etdirir. Yoldaşlıq oyunlarında da ona şans veririk ki, öz oyununu tapsın. Çalışacağıq çempionatın sonuna kimi də bir-iki yoldaşlıq görüşü keçirək. İndi oyun təcrübəsi az olduği üçün əvvəlki formasını bərpa etməsi bir az çətin olacaq. Amma ümumi götürəndə, artıq ölkəmizə və mentalitetimizə uyğunlaşıb. Ən azı bu baxımdam üstünlüyümüz olacaq.
- Komandanızın məşqini izləyən zaman bir şey diqqətimizi çəkdi. Dani Quintana əsas heyət futbolçuları ilə hazırlıq prosesi keçirdi. Bu, sizin gələcəkdə onu əsas heyətdə görməyinizdən xəbər verir?
- Bəzi məşqlərdə əsas heyətlə, bəzən də digərləri ilə hazırlıq keçir. Bizdə elə çox futbolçu yoxdur ki, kimin əsas, kiminsə ehtiyat oyunçu olduğunu deyək. Hər məşqdə dəyişiklik edirik ki, komandaya uyğunlaşa bilsin.
Ergün SEYİD
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi