“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Hacıqabul rayonu olub.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu münasibətlə keçirilən mərasimə qatılan minlərlə hacıqabullu estafet iştirakçılarını böyük sevinclə qarşılayıb.
Mayın 5-də birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən Hacıqabula gətirilib.
Birinci Avropa Oyunlarının rəmzi qapısında Hacıqabul şəhər 5 saylı tam orta məktəbin şagirdi Əli Rüstəmov məşəli qəbul etdikdən sonra yürüşə start verilib. On məşəlçi 3,9 kilometr məsafədə yürüşə başladı. İdmançılar Məhəmməd Əsədov, İsmət Qayıbov küçələri və Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, məşəli şəhərin mərkəzi meydanına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə qarşılayıblar.
Karate-kobudo idman növü üzrə məşqçi-müəllim Elnur Şəfiyev meydanda quraşdırılmış səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.
Hacıqabul şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, voleybolçu Ayşən Şükürova Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevaya təhvil verib.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Hacıqabul rayon təhsil şöbəsinin müdiri Balaxanım Ələsgərova da estafet iştirakçılarını qarşılayanlar arasında idi. O, sevincini "Azərtac"ın müxbiri ilə bölüşərək deyib: “İlk Avropa Oyunları ölkəmizin iqtisadi, siyasi nüfuzunun növbəti uğuru kimi dünyaya səs salıb. Bir vətəndaş olaraq bundan qürur duyuram. Avropa Oyunlarının məşəli bizim rayonumuza da səyahət etdi. Uşaqdan böyüyə kimi hamı böyük coşqu və hərarətlə qarşılanma mərasiminə qatılıb. İnsanların üzündə fərəh, sevinc var. Bu anı bizə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Hafiz Bəşirov isə ilk Avropa Oyunlarının məşəlinin Hacıqabula da səfər etməsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirib: “Gördüyünüz kimi, qarşılanma mərasiminə minlərlə sakin qatılıb. Həyəcanla tarixi anlara şahidlik edirik. Bu əlamətdar hadisə Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin parlaq nəticələrindən biri kimi hamımızda qürur doğurur. Ona görə də dövlətimizin başçısına, həmçinin Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarıq”.
Hacıqabulda alovlandırılan birinci Avropa Oyunlarının məşəli Saatlı rayonuna yola salınıb.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu