Mayın 2-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Astara rayonundan sonra Yardımlıya gətirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Yardımlı şəhərinin giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük çoşqu ilə qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında karate idman növü üzrə Azərbaycan çempionu Rasif Məmizadə Avropa Oyunlarının məşəlini qəbul edib.
Azərbaycan çempionu bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olmasından qürur hissi keçirdiyini deyib: “Böyük qürur hissi keçirirəm ki, birinci Avropa Oyunlarının məşəlini Yardımlıda qəbul etmək məhz mənə nəsib oldu. Bu Oyunların Azərbaycanda keçirilməsi əlbəttə ki, hər birimizin qəlbini fərəhləndirir. Ölkəmizin bu mötəbər idman yarışına ev sahibliyi etməsi Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Əminik ki, ölkəmiz bu yarışlara da uğurla ev sahibliyi edəcək. Birinci Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaq”.
Sonra 10 məşəlçi Avropa Oyunlarının rəmzi qapısından 1,2 kilometr metr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli Liderin adını daşıyan Mərkəzin qarşısına gəliblər.
Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.
Karate üzrə Azərbaycan çempionu Amid Cavadov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.
Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayonun 15 yaşlı idmançısı Pünhan Kərimliyə təqdim olundu. Daha sonra Avropa Oyunlarının çırağı Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli günün ikinci yarısında Yardımlıdan Masallı rayonuna aparılıb.
Qeyd edək ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Oyunlarda milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançı qüvvəsini sınayacaq və yarışlar çimərlik futbolu, 3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya idman növləri də daxil olmaqla, ümumilikdə 20 idman növü üzrə təşkil ediləcək. Həmçinin 12 idman növü Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Yarışlar 18 idman obyektində keçiriləcək və ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu