İrlandiyanın Olimpiya Şurası tərəfindən adları elan edilən 36 idmançı Bakıda 10 müxtəlif idman növü üzrə yarışacaq.
Qol.Az-ın məlumatına görə, İrlandiyadan Bakı 2015 Avropa Oyunları üçün ən məşhur idmançı, boksçu Keti Teylor olacaq. London 2012 Olimpiya Oyunlarında boks üzrə 60 kq çəkidə qızıl medal da daxil olmaqla, 17 qızıl medalı olan Keti Teylor qadınlar arasında boksun tarixində ən çox titulu olan idmançıdır.
28 yaşlı Teylor beş ardıcıl Dünya Çempionatının tituluna, altı ardıcıl Avropa Çempionatının tituluna və beş Avropa Birliyi Çempionatının taclarına sahibdir. Teylor həmçinin Bakı-2015 Avropa Oyunlarının idman elçisidir.
Olimpiya oyunlarında təcrübəsi olan digər irlandiyalı idmançı 44 yaşlı atıcı Derek Börnettdir. O, 2000-ci ildə son dörd Olimpiya Oyunlarında atıcılığın səngər stendi fəndi üzrə yarışlarda iştirak edib.
Badminton oyunçuları Klo Magi ilə Skott Evans Pekin 2008 və London 2012 oyunlarında, triatlon üzrə idmançı Aylin Reyd isə London Olimpiya yarışlarında iştirak ediblər.
"Biz, Bakı-2015 oyunlarında İrlandiyanı təmsil edən ilk idmançılar qrupunu məmnuniyyətlə elan edirik" - deyə İrlandiyanın missiya rəhbəri cənab Dermot Henihan bildirib.
O, əlavə olaraq bunları qeyd edib: "Biz idmançıların Bakı-2015 üçün ən yaxşı dəstək almaqları və hazırlaşmaları üçün hər idman növü ilə çox yaxından işləmişik. Yekun komandada 13 idman növü üzrə təxminən 63 idmançı olacaq. Belə çox idman növlərinin kvalifikasiyaya nail olmasını görmək möhtəşəmdir. İndi biz ümid etməliyik ki, Bakıda hamı ən yaxşı bacarığını nümayiş etdirəcək və kim bilir – bəlkə, bizim bir neçə idmançımız birinci yeri qazandı".
İrlandiyanın hazırki komanda heyəti:
Kamandan oxatma: Sinead Katbert Kunninqam (qadınlar arasında fərdi), Darren Uolleys (kişilər arasında fərdi)
Su idmanı: Rori MkEvoy (50 m, 100 m, 200 m arxa üstə), Mona MkŞarri (50 m, 100 m, 200 m qurbağa, 50 m sərbəst), Reyçel Bethel (50 m, 100 m, 200 m sərbəst), Daniel Hill (50 m, 100 m, 200 m arxa üstə, 50 m kəpənək, 50 m, 200 m sərbəst), Emma Reyd (50 m, 100 m, 200 m kəpənək), Endru Mur (50 m, 100 m, 200 m qurbağa, 200 m, 400 m fərdi ötürmə), Ceyms Braun (50 m, 100 m, 200 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Bencamin Doyl (50 m, 100 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Alan Korbi (50 m, 100 m, 200 m arxa üstə, 50 m qurbağa, 100 m kəpənək, 200 m fərdi ötürmə), Niamh Kilgallen (50 m, 100 m, 200 m qurbağa, 50 m kəpənək), Keyt Baquli (400 m, 800 m, 1500 m sərbəst, 400 m fərdi ötürmə), İseult Hayes (50 m, 10 0m arxa üstə, 50 m, 100 m sərbəst), Nataşa MakManus (1 m, 3 m qadınlar arasında suya tullanma)
Badminton: Klo Magi (qadınlar arasında tək, qarışıq cütlüklər), Coş Magi (kişilər arasında cütlüklər), Reyçel Darraq (qadınlar arasında cütlüklər), Sara Boyle (qadınlar arasında cütlüklər), Skott Evans (kişilər arasında tək), Sem Magi (qarışıq cütlüklər, kişilər arasında cütlüklər)
Basketbol 3×3: Niamh Duyer, Qreyn Duyer, Süzan Makuaya, Orla O’Reyli
Qadınlar arasında boks: Keti Teylor (60 kq), Mişel Uolş (54 kq), Keyr Smit (51 kq)
Cüdo: Eoin Fleminq (kişilər arasında 73 kq)
Karate: Karen Dolfin (qadınlar arasında kata)
Atıcılıq: Derek Börnett (Trap fənni üzrə stendə)
Qadınlar arasında triatlon: Ailin Reyd
Kişilər arasında triatlon: Rassell Uayyt, Aaron O’Brien
Kişilər arasında sərbəst güləş: Aleks Dolli (84 kq), Soslan Tuaev (74 kq)
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu