Cahangir Hacıyevin Beynəlxalq Bankın prezidenti vəzifəsindən istefa verməsindən sonra “Simurq” klubu ciddi maliyyə problemi ilə üzləşib.
Qol.Az-ın “Futbol+” qəzetinə istinadən yaydığı xəbərə görə, məşqçilər korpusu, futbolçular və inzibati heyət son iki ayın (fevral və mart) maaşlarını ala bilməyib.
“Əmək haqqının nə vaxt veriləcəyi sual altındadır. Son 10 gündə rəhbərlik “bu gün, sabah” vədini versə də, ortada yekun nəticə yoxdu. Cahangir Hacıyevin tutduğu vəzifədən istefa verməsindən sonra klubun prezidenti Anar Bəkirov ağız açmağa konkret adam tapa bilmir. O da öz növbəsində gözləmə mövqeyi tutub vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edir” – deyə qəzetin məlumatında bildirilib.
O da qeyd olunur ki, vəziyyət düzəlməsə, mövsümün sonu legionerlər klubu tərk edə bilər.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb