Ronaldodan 300-cü qol

Ronaldodan 300-cü qol
GÜNDƏM 6 Aprel 2015 / 11:12 6486
-  A +

İspaniya La Liqasının 29-cu turunda "Real"ın "Qranada"ya qalib gəldiyi oyun (9:1) Madrid təmsilçisinin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin oyunda karyerasının ilk penta-trikinə imza atan portuqaliyalı futbolçu eyni zamanda yubiley qolunu vurub. 

"Kral klubu"nun heyətində 287-ci oyununa çıxan Ronaldo 300-cü qoluna imza atıb. Bu qolların 214-ü La Liqa, 60-ı Çempionlar Liqası, 21-i İspaniya kuboku, 3-ü ölkə superkuboku və 2-si də UEFA superkubokuna təsadüf edib. 
 

Daha çox


Son xəbərlər