Almeyda cəzalı duruma düşdü

Almeyda cəzalı duruma düşdü
GÜNDƏM 3 Aprel 2015 / 11:05 3479
-  A +

“Qarabağ” ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Ağdam klubu braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın xidmətindən məhrum olub. Buna səbəb onun Azərbaycan Premyer Liqasının 27-ci  turunda "İnter"lə matçda (0:0) mövsümdə 4-cü sarı vərəqə alıb, cəzalı duruma düşməsidir.

Bu isə o demədir ki, R.Almeyda ölkə çempionatında “Bakı” ilə oyunu buraxacaq.

Daha çox


Son xəbərlər