Elxan Məmmədov: "Mirbağır İsayev emosional qərar verib"

Elxan Məmmədov: "Mirbağır İsayev emosional qərar verib"
GÜNDƏM 2 Aprel 2015 / 18:41 3414
-  A +

"Biz ona vəzifəsində qalmağı təklif etdik"

AFFA rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevin istefası haqda hələlik qərar verməyib.

Bu barədə Qol.Az-a qurumun baş katibi Elxan Məmmədov bildirib.

O qeyd edib ki, baş məşqçi ilə bu haqda söhbət edib və  ona vəzifəsində qalmağı məsləhət bilib:

"Mirbağır müəllim emosional bir qərar verib. Biz ona vəzifəsində qalmağı təklif etdik. Bu yaxınlarda AFFA rəhbərliyi məsələ ilə bağlı müvafiq qərar çıxaracaq".

E.Məmmədov M.İsayevin U-19 millimizə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərə də münasibət bildirib: "İlk növbədə M.İsayevin istefası məsələsinə baxılmalıdır. Təbii ki, artıq yaş qrupunun dəyişməsi ilə bağlı M.İsayev bu komanda ilə çalışmayacaq".

Daha çox


Son xəbərlər