"Yeni komanda, yeni oyun üslubu gördük" – Elxan Məmmədov

"Yeni komanda, yeni oyun üslubu gördük" – Elxan Məmmədov
GÜNDƏM 29 Mart 2015 / 00:28 5087
-  A +

"Komandanın qalib gəlməsinə baxmayaraq çətin oyun oldu. Bu, baş məşqçi Robert Prosineçki və onun yeni komandası üçün ilk rəsmi oyun idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında "Avro-2016"nın seçmə mərhələsində millimizin Maltaya qalib gəldiyi oyun haqda danışarkən deyib. 

E.Məmmədov komandamızın sonadək mübarizə apardığını bildirib: "Şaxtyor"la yoldaşlıq görüşündə futbolçuların 30 faizi komandanın düşərgəsində deyildi. Ona görə də yeni komanda üçün seçmə mərhələnin ilk oyunu bir qədər riskli idi. Malta ilə matçda yeni komanda, yeni oyun üslubu gördük. Komanda yeni sistem üzrə oynayır. Matçın 3-cü dəqiqəsində hesabı açdıq. Oyunun sonlarında isə daha bir qol vurmaqla komanda sonadək mübarizə apardığını nümayiş etdirdi".

Qeyd edək ki, öz meydanında Malta ilə qarşılaşan Azərbaycan millisi inamlı qələbə qazanıb - 2:0.

Daha çox


Son xəbərlər