"Bakı-2015" I Avropa Oyunlarında Ermənistanın ən güclü samboçuları iştirak edəcək.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Ermənistan Sambo Federasiyasının prezidenti Levon Ayrapetyan açıqlama verib.
L.Ayrapetyan Oyunlarda ən güclü heyətlə mübarizə aparacaqlarını bildirib: "Məsələ hansı nailiyyətlərlə qayıdacağımızda deyil. İlk növbədə, bu Oyunlarda iştirak vacibdir. Əlbəttə, güclü heyətlə qatılmalıyıq. Bu, hamıya deyilib. Ermənistanda sambo normal vəziyyətdədir. Dünyada öz yerimiz var. Avropa və dünya çempionatlarından hər il 25 - 30 medal gətiririk".
Federasiya prezidenti "Bakı-2015"də Ermənistana 8 çəki dərəcəsindən 4-də iştirak üçün yer verildiyini söyləyib. O, təəssüflə bildirib ki, ən güclü olduqları çəki dərəcələri Avropa Oyunlarında yoxdur. Qurum rəhbərinin sözlərinə görə, il ərzində ayrılan 20 milyon dram (təqribən 40 min avro) ölkə çempionatı keçirməyə güclə çatır. L.Ayrapetyan olimpiya növü olmadığı üçün samboya qarşı ayrıseçkilikdən də şikayətlənib.
Ermənistan Cüdo Federasiyası da I Avropa Oyunlarına qatılacağını bəyan edib. Federasiyanın vitse-prezidenti David Mxitaryan Bakıda Ermənistan himnini səsləndirmək və bayrağını ucaltmaq istədiklərini açıqlayıb. O, Avropa Cüdo İttifaqının qitə çempionatını "Bakı-2015"lə birgə keçirməyə dair qərarından sonra Azərbaycan paytaxtına gəlməyin vacibliyini vurğulayıb. D.Mxitaryan Avropa Oyunlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsinin cüdoçuları iştiraka sövq edən daha bir səbəb kimi göstərib.
Federasiya rəsmisi yığmanın heyətinin Gürcüstanın paytaxtı Tiflisdə və Türkiyənin Samsun şəhərində keçiriləcək Qran Pridən sonra müəyyənləşəcəyini söyləyib. O, Bakıya ən güclü cüdoçuları göndərəcəklərini əlavə edib.
Qeyd edək ki, daha öncə Ermənistanın yunan-Roma güləşi, boks və taekvondo üzrə yığma komandalarının baş məşqçiləri "Bakı-2015" I Avropa Oyunlarına qatılmayacaqlarını açıqlayıb. Ölkənin Milli Olimpiya Komitəsi isə Oyunlarda iştiraka dair qərar çıxarıb.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq