Azərbaycanın Litvadakı səfirliyinin və Litva Olimpiya Komitəsinin təşkilatçılığı ilə Vilnüs şəhərində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, tədbirə Litvanın baş naziri Alqirdas Butkyaviçüs, Seymin üzvləri, Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs, Litva Olimpiya Komitəsinin prezidenti, ölkənin siyasi-ictimai xadimləri, tanınmış idmançıları iştirak ediblər.
İdmanın onun həyatında böyük rol oynadığını bildirən baş nazir Alqirdas Butkyaviçüs Azərbaycan ilə Litva arasında iqtisadi və humanitar sahələrdə mövcud olan dərin münasibətlərdən məmnunluğunu bildirib. Baş nazir hökumətin rəhbəri kimi Litva bayrağının Bakıda qaldırılmasının onun üçün vacib olduğunu bildirib və idmançılara uğurlar arzulayıb.
Səfir Həsən Məmmədzadə çıxışında birinci Avropa Oyunlarının başlanmasına artıq 100 gün qaldığını qeyd edib. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 1996-cı ildən başlayaraq Olimpiya Oyunlarında iştirak etdiyini və bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib. O, qısa bir zamanda idmançılarımızın böyük nailiyyətlər əldə etdiyini və son yay Olimpiya Oyunlarında Azərbaycanın milli komandasının 10 medal qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizin müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübəsi olduğunu qeyd edən diplomat dövlət tərəfindən idmanın inkişafına göstərilən dəstəyi, mövcud idman infrastrukturu və ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsinin bu Oyunların məhz Azərbaycanda keçirilməsinə qərar verdiyini bildirib. Səfir birinci Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifələr açacağına əmin olduğunu qeyd edərək, tədbir iştirakçılarını Oyunları canlı izləmək üçün Bakıya dəvət edib.
Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs bildirib ki, həqiqətən də birinci Avropa Oyunları böyük çağırış və perspektivdir. O, yarışın gələcəkdə də yüksək səviyyədə keçməsi üçün başlanğıcın vacib olduğunu qeyd edərək, Azərbaycanlı həmkarlarına birinci Avropa Oyunlarının hazırlığında və keçirilməsində uğurlar arzulayıb.
Tədbir iştirakçıları Avropa Oyunları haqqında videoçarxa baxdıqdan sonra çıxış edən Litva Olimpiya Komitəsinin prezidenti Dayna Qudzinaviçute Litva idmançılarının intensiv olaraq birinci Avropa Oyunlarına hazırlaşdıqlarını vurğulayıb. O, Azərbaycan tərəfindən Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə tam əmin olduğunu qeyd edərək, idmançılara uğurlar arzulayıb.
Sonda ziyafət verilib və Litvanın tanınmış sənətçilərinin iştirakı ilə konsert proqramı olub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq