Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Bakı-2015" I Avropa Oyunlarına qatılacaq ölkələrin idmançılarının bütün xərclərini Azərbaycan tərəfinin ödəyəcəyinə dair açıqlamasına aydınlıq gətirib.
Ç.Hüseynzadə "Report" informasiya agentliyinə bildirib ki, bu açıqlamanın böyük ajiotaj doğuracağı özü üçün də gözlənilməz olub.
MOK rəsmisinin sözlərinə görə, burada qeyri-adi bir şey yoxdur:
"Nəinki Avropa Oyunları, hətta 205 ölkənin qatıldığı Yay Olimpiya Oyunlarında idmançıların səfər və Olimpiya Kəndində qonaqlama xərclərini təşkilatçı ölkə çəkir. Elə bunun üçün də hər ölkəyə kvota ayrılır. Kvotalar isə qazanılan lisenziyaların sayı ilə müəyyənləşir. Hər bir ölkənin idmançıları, hər növ üzrə baş məşqçisi, federasiya prezidenti və nümayəndə heyəti rəhbərinin səfər və qonaqlama xərcləri təşkilatçı ölkənin üzərinə düşür".
Ç.Hüseynzadə bildirib ki, ölkələrin kvotadankənar nümayəndə heyəti üzvləri, o cümlədən jurnalistlərin xərclərinə təşkilatçı tərəf cavabdehlik daşımır: "Bütün bunlar olimpiadaların keçirilməsi ilə bağlı əsasnamədə açıq-aydın göstərilib. Bunları bir çox insanın hələ də bilməməsi təəccüb doğurur".
Qeyd edək ki, "Bakı-2015"ə 50 ölkədən 6000 idmançı qatılacaq. I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq