Cüdo üzrə Avropa çempionatı "Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində keçiriləcək.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Cüdo üzrə Avropa çempionatı bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində baş tutacaq. Çempionat iyunun 25-28-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.
Bu qərar qitənin ən yaxşı cüdoçularının tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq hüququ uğrunda mübarizə aparmasına imkan yaradır. Bununla da "Bakı-2015"də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya imkanları verən idman növlərinin sayı 12-yə çatıb.
İlk əvvəl Cüdo üzrə Avropa çempionatının aprelin 9-12-də Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin Britaniyanın Cüdo Assosiasiyası ilə yaranan problemlər aradan qaldırılmadığı üçün Avropa Cüdo İttifaqının İcraiyyə Komitəsi çempionatı keçirə biləcək yeni şəhərin təyin edilməsi qərarını verib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu qərarın Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələsinə yaxınlaşdığını göstərən gözəl xəbər olduğunu deyib. “AOK Avropa çempionatlarının Avropa Oyunlarının bir hissəsi olmasına çalışıb və bu qərar göstərir ki, biz məqsədimizə gözlədiyimizdən də tez çatırıq”, - deyə o bildirib.
Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik Cüdo üzrə Avropa çempionatının Bakıda keçiriləcəyinə şad olduğunu deyib: “Çempionatın Qlazqoda keçirilməsi ləğv edildikdən sonra mümkün qədər tez bir vaxtda yeni ev sahibi tapmaq qarşımızda duran prioritet məsələ idi. Biz bunu etdik və mən seçimdən çox razıyam”.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu qərar 16 olimpiya idman növündən 12-sinin təmsil olunduğu Avropa Oyunlarını daha da gücləndirir və 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına birbaşa və ya dolayısı ilə kvalifikasiya imkanları verir.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq