"Bakı-2015" I Avropa Oyunlarının təqdimat mərasimi ilə əlaqədar Budapeştdə olan Azərbaycanın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov Macarıstanın xarici işlər və ticarət naziri, Macarıstan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.
Qol.Az-ın Report"a istinadən yaydığı xəbərə görə, Azad Rəhimov bildirib ki, Avropa Oyunlarında qitənin 50 milli olimpiya komitəsinin bayrağı altında 6 mindən çox idmançı 20-dən çox növ üzrə öz qüvvələrini sınayacaqlar. Sonuncu Soçi Qış Olimpiya Oyunlarında cəmisi 2700 idmançının iştirak etdiyini xatırladan nazir "Bakı-2015"in miqyasına, iştirakçılarının sayına və populyarlığına görə Olimpiya oyunlarından qətiyyən geri qalmadığını xatırladıb.
Son bir neçə il ərzində dəfələrlə respublikada olan Piter Siyyarto ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın bu mühüm idman bayramının səviyyəsini çox yüksəyə qaldırdığını və Bakıdan sonra həmin səviyyəni qoruyub saxlamağın o qədər də asan olmayacağını bildirib. O, digər sahələrlə bir sırada idman sahəsində də Azərbaycan-Macarıstan əlaqələrinin böyük imkanlarının olduğunu xatırladıb və 2024-cü ildə növbəti Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürən Budapeştin qalib gələcəyi təqdirdə Bakının təcrübəsindən çox şey
öyrənəcəyinə əminliyini vurğulayıb.
Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov da iştirak ediblər.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq