Macarıstanın paytaxtı Budapeşt şəhərində, Dunay çayının sahilində yerləşən tarixi “Viqado” konsert sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Qol.Az-ın "AzərTAc"a istinadən yaydığı xəbərə görə, tədbirdə Macarıstanın insan resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərasimdən əvvəl gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə mətbuat konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa təqdimatından sonra jurnalistlərin sualları cavablandırılıb. Suallar əsasən Avropa Oyunlarına hazırlıq, bu Oyunlara ayrılan büdcə, idmançılar və jurnalistlər üçün yaradılan şərait barədə verilib.
Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan yeni qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.
Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb, onları Bakıya dəvət edib. Nazir bir çox televiziya kanallarına müsahibələr verib.
Sonra tədbirin rəsmi hissəsi başlayıb.
Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.
Azad Rəhimov çıxışında Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları barədə danışıb. Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verən nazir bu idman yarışının ölkəmiz üçün əhəmiyyətindən, eləcə də onun bütün Avropa idman həyatına verəcəyi töhfələrdən bəhs edib. A.Rəhimov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən də söhbət açıb.
Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloq yarışların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb. Nazir Azərbaycanla Macarıstanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini deyib. O, Azərbaycan və macar idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiklərini diqqətə çatdırıb. Azərbaycanı bu mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə təbrik edən nazir “Bakı-2015” Avropa Oyunlarına hazırlaşan macar idmançılarının uğurlu nəticələr göstərəcəklərinə və medallarla geri dönəcəklərinə ümid etdiyini bildirib.
Sonra tədbir iştirakçıları Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən filmə baxıblar.
Daha sonra ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın lirik mahnıları səslənib, Bakının görüntülərini əks etdirən videoçarx göstərilib.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi dəyərlərini, zəngin tarixini özündə əks etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi də nümayiş etdirilib. Sərgi ilə yaxından tanış olan Macarıstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri müstəqilliyinin 24-cü ildönümünü qeyd edən Azərbaycanın öz milli mənəvi dəyərlərinə sahib çıxmasını yüksək qiymətləndiriblər.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq