“Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Ancaq bizdə alınmadı. İlk hissədə pis çıxış etmirdik. İkinci hissədə isə ardıcıl qollar buraxdıq. Bundan sonra oyunun taleyini dəyişə bilmədik”.
Bu sözləri Qol.Az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Nurlan Novruzov bu gün Premyer Liqada “Neftçi”yə məğlub olduqları (1:3) oyunu şərh edərkən deyib. O, məğlubiyytin səbəbini belə izah edib:
“Komandamız kollektiv oyun göstərir. Yaxşı çıxış edirik. Ancaq məlum problemlərə görə oyunlara köklənmək bir qədər çətin olur. Futbolçularımıza halal olsun ki, belə bir vəziyyətin olmasına baxmayaraq, oyun zamanı hər şeyi unudurlar. Əlimizdən gələni etsək də, belə vəziyyətdə yaxşı oynamaq çətindir”.
Komandasının yeganə qolunun müəllifi olan gənc hücumçu Premyer Liqamızın bombardilər siyahısında ikinci pilləyə yüksəlib. Cari mövsüm rəqib qapılarından beş qol keçirən futbolçu “Bakı”dan bombardir olmağın çətin olduğunu deyib: “Əsas hədəfim komandama xal qazandırmaqdır. Ancaq təbii ki, bunun üçün ilk növbədə qol vurmaq lazımdır. Çalışacam ki, mövsümün sonuna qədər bombardirlər sırasında olum. Düzdür, “Bakı”da bunu bacarmaq çox çətindir. Çünki oyun ərzində 1-2 qol imkanım olur. Gərək əlimə düşən bütün imkandan istifadə edim. Sevindirəm ki, bu işin öhdəsindən gəlirəm. Ancaq görürəm ki, nəsə çatmır. Hücumda tək oynamaq çətindir. Bununla belə, hər oyunda qol vurmaq istəyim çox olur. Bu, həm komandam , həm də mənim üçün yaxşıdır”.
N.Novruzov milli komandamızın müvəqqəti baş məşqçisi Mahmud Qurbanovdan dəvət gözlədiyini də güzlətməyib: “Bəli, dəvət gözləyirəm. Məni milliyə çağırmasalar da, həvəsdən düşməyəcəm. Amma millinin heç bir futbolçusundan zəif oynamıram. Özümə güvənirəm. Öz mövqeyimdə çıxış edənlərlə istənilən səviyyədə rəqabət apara bilərəm”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi