“Çox vacib qələbə qazandıq. Həm də bizim üçün çətin oyun oldu. Çünki rəqibimiz öz meydanında daha yaxşı çıxış edir. Bundan əlavə meydança yaxşı vəziyyətdə olmadığı üçün futbolçular çətinlik çəkirdi. Buna görə də komandamızdan baxımlı oyun gözləmək düzgün olmazdı”.
Bu sözləri “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov bu gün “Araz Naxçıvan” üzərində qazanılan qələbəni (1:0) Qol.Az saytına şərh edərkən deyib.
“Qəbələ”nin geridə qalan ilk dövrədəki çıxışını qiymətləndirən klub rəsmisi vəziyyətin qənaətbəxş olduğunu bildirib: “Ötən mövsüm də birinci dövrənin sonunda ilk “üçlük”də yer almışdıq. Bu tura qədər də üçüncü pillədə idik. Ümid edirəm ki, getdikcə nəticələrimizi yaxşılaşdıracağıq, növbəti dövrələrdə daha yuxarı pillələrdə olacağıq. Düzdür, ilk dövrədə komandadan bundan artığını gözləyirdik. Ancaq demək olmaz ki, “Qəbələ” pis çıxış edib, vəziyyət acınacaqlıdır”.
Z.Əzizov hələ ki, “Qəbələ”nin istənilən oyunu sərgiləmədiyini qeyd edib: “Biz baş məşqçi Munteanu ilə söhbətlərimizdə də bildiririk ki, daha yaxşı komanda görmək istəyirik. Baş məşqçi özü də etiraf edir ki, komanda istənilən oyunu sərgiləyə bilmir. Amma ümid edirik ki, növbəti turlarda istədiyimiz oyun sistemi bərpa olunacaq. Önəmli olan ilk dövrələrdə hədəflərimizdən uzaqlaşmamaqdır. Sevindirici haldır ki, komanda istədiyimiz oyunu göstərməsə də, hədəfindən çox uzaqlaşmayıb”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi