Avropa Liqasının qrup mərhələsində səfərdə Ukraynanın “Dnepr” klubu ilə qarşılaşan “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gələrək tarixi qələbəyə imza atdı.
Ağdam klubunun qələbə qolunun müəllifi olan makedoniyalı yarımmüdafiəçi Muarem Muarem Qol.Az saytına müsahibəsində Kiyev zəfərindən və “Dnepr”lə keçiriləcək cavab qarşılaşmasından danışıb.
- Görüş haqda fikirlərini bilmək istərdik.
- Bizi Kiyevdə çətin bir oyun gözlədiyini bilirdik. Çünki rəqibimiz hazırda Ukrayna çempionatının lideridir. “Dnepr” son oyunlarda çox yaxşı təsir bağışlayır. Biz də buna uyğun hazırlaşmışdıq. Demək olar ki Qurban müəllimin verdiyi tapşırıqların öhdəsindən gəldik. Rəqibin oyununa mane olmaqla istədiyimizi etdik. Səfərə qələbə üçün getmişdik və buna inanırdıq. Bu inamın sayəsində də qalib gəldik. Rəqibimizin kimliyindən asılı olmayaraq oyundan əvvəl qələbəyə köklənirik. Çox sevinirik ki, çətin səfərdən üç xalla döndük.
- Vurduğun qol sayəsində “Qarabağ” Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu oldu.
-Təbii ki, çox şadam ki, “Qarabağ”a qələbə qazandıran qolu vurdum. Digər komanda yoldaşlarım da mənim qədər sevinir. Çünki bu qolda onların zəhməti məndən az deyil. Bütün futbolçularımız 90 dəqiqə əzmkar mübarizə apardı. Məncə, “Dnepr”in qapısına vurulan qolu bütün komandanın adına yazmaq lazımdır. Bunu ayrıca dəyərləndirməyə ehtiyac yoxdur.
- “Tvente” ilə pley-off oyununda vurduğun qol sayəsində “Qarabağ” qrup mərhələsinə yüksəldi. “Dnepr”ə vurduöun qol isə qrupdan çıxmaq baxımından çox əhəmiyyətlidir...
- Təbii ki, çox önəmli bir qol oldu. İnanaq ki, qeyd etdiyiniz kimi, bu qol qrupdan çıxmağımızda da böyük rol oynayacaq. Ancaq qarşıda üç oyunumuz var. “İnter” və “Dnepr”lə evdə, “Sent Etyen”lə səfərdə oynayacağıq. Hər üç matçdan maksimum nəticə qazanmalıyıq.
- Qrupda növbəti oyununuz da “Denpr”lədir. Ancaq bu dəfə doğma meydanda. Bu görüş haqda nə düşünürsən?
- Məncə, bu görüş Kiyevdə olduğundan fərqli olacaq. Səfərdə bizə bir qədər çətin oldu. Hava çox soyuq idi. Bu, oyunumuza təsir edirdi.
- Yəni Bakıdakı oyun “Qarabağ” üçün daha asan olacaq?
- Bəli, dünənki oyun qədər çətin olmayacaq. Çünki öz meydanımızda, azarkeşlərimiz önündə oynayacağıq. İnanıram ki, stadion azarkeşlərlə tam dolacaq. Bundan əlavə artıq rəqibin oyununa bələdik. Hansı taktika ilə oynadıqlarını, hansı keyfiyyətə malik futbolçularının olduğunu bilirik. Biz öz meydanımızda daha baxımlı futbol sərgiləyirik. Bakıdakı oyunda da yaxşı nəticə qazanacağımıza inanırıq.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar