"Tarixi qələbədir. Bunun sözlə ifadəsi çox çətindir".
Qol.Az-ın korner.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ" futbolçusu Namiq Yusifov Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Dnepr"ə qalib (1:0) gəldikləri matçdan sonra deyib.
28 yaşlı yarımmüdafiəçi Ukrayna mətbuatına müsahibəsindən də danışıb:
"Ukrayna telekanalına müsahibədə də bildirdim ki, bizim məqsədimiz futbolla yanaşı, Azərbaycanı, Qarabağı təbliğ etməkdir. Çox adam inanmırdı ki, "Dnepr"i səfərdə uda bilərik. Ancaq komandanın əzmkarlığı sayəsində qələbə qazandıq. Oyuna qələbə üçün çıxmışdıq. Gərək matçdan əvvəl qələbəyə köklənəsən ki, heç-heçəyə çox da məyus olmayasan. Bərabərlik haqda düşünmək məğlubiyyətə də gətirib çıxara bilər. Biz də qalib gələcəyimizə inanırdıq. "Dnepr" "Barselona" deyil ki... Baş məşqçimiz tapşırmışdı ki, onlara oynamaq imkanı verməyək və öz oyunumuzu nümayiş etdirək. Düşünürəm ki, buna nail olduq. Rəqib ikinci hissədə öz oyununu qura bilmədi və məcbur qalıb uzun ötürmələrlə oynadı. Hətta baş məşqçiləri də tez-tez kənardan qışqırırdı ki, top qabağa vurun!".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı