“Qarabağ” klubunun müdafiəçisi Namiq Yusifov Qol.Az saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsində sabah “Dnepr”lə qarşılaşacaqları oyun haqda sualları cavablandırıb.
- Sabahkı oyun haqda fikirlərini bilmək istərdik...
- Ukrayna səfəri bizim üçün ağır olacaq. Əvvəlcədən də demişdim ki, bizim üçün qrupda ən çətin rəqib “Dnepr”dir. Bu komanda hazırda Ukrayna çempionatında liderdir. Bunun özü çox şeydən xəbər verir. “Dnepr” “Dinamo” (Kiyev) və “Şaxtyor” kimi komandaları qabaqlayırsa, deməli, adi rəqib deyil.
- “Dnepr” haqda kifayət qədər məlumat toplamısınız? Rəqibin hansı üstün cəhətləri qeyd edə bilərsən?
- Baş məşqçimiz lazım olan təlimatları verir. Həm “İnter”, həm də “Sent Etyen”lə oyunlarını ətraflı analiz etmişik. Görürük ki, çox yaxşı komandadır. Baxımlı oyunla nəticə qazana bilirlər. Hücum xəttində təhlükəli futbolçuları var. Buna görə də sabah daha diqqətli olmalıyıq. Müdafiəyə fikir verməliyik.
- “Neftçi” ilə oyunda zədələndin. İndi durumun necədir, sabahkl oyuna hazırsan?
- İndi yaxşıyam. Bir neçə gün fərdi məşq etdim. Artıq komanda ilə birgə məşqlərə də başlamışam. Yəni oyuna hazıram. Baş məşçqi şans versə, meydanda olacam.
- Bəzi mütəxəssislər düşünür ki, “Dnepr”lə oyununuz “İnter”lə qarşılaşmdan daha çətin olacaq.
- Mən də belə düşünürəm. Çünki “Dnepr” “İnter”dən zəif deyil. Hətta bizi daha çətin oyun gözlədiyini deyə bilərəm. Oyunlarına nəzər saldıqda görürük ki, bu komanda bizə uyğun rəqib deyil.
- “Dnepr”lə oyun qrupdan çıxmaq baxımından “açar” rolunu oynaya bilər?
- Əlbəttə, qrupda elə bir vəziyyət yaranıb ki, qazanılan hər bir xal qızıla bərabərdir. Biz əsas “Dnepr”lə səfər oyununu düşünürük. Hamımız yaxşı başa düşürük ki, Kiyevə nə üçün gedirik. Təbii ki, ən azı bir xalla qayıtmağı qarşımıza məqsəd qoymuşuq.
- “Qarabağ” hələ ki, qrup mərhələsində qol vurmayıb.
- Düşünürəm ki, əsas öz oyunumuza sadiq qalmalıyıq. Düzdür, qolsuz nətic ə qazanmaq çətindir. Sabah ən azı qapımızı toxunulmaz saxlamaqla xal qazana bilərik. Bəzən qol vurmaq olmur.
- Sonda bir məsələyə münasibətini öyrənək. Berti Foqtsun istefasından sonra milli komandamıza ən əsas namizəd kimi Qurban Qurbanovun adı çəkilir. Bəzi legioner komanda yoldaşların Qurbanovun “Qarabağ”ı tərk edib, millini çalışdırmasını istəmir. Sən bu haqda nə fikirdəsən?
- Hər bir azərbaycanlı futbolçu Qurban Qurbanov kimi məşqçinin rəhbərliyi altında oynamaq istəyər. Yəqin ki, elə bir futbolçu yoxdur ki, Qurban müəllimlə çalışmaq istəməsin. Mən də artıq yeddi ildir ki, “Qarabağ”dayam. Bu illər ərzində Qurban müəllimlə çox gözəl müanisbətimiz olub. Təbii ki, mən də istəmərəm ki, Qurban müəllim “Qarabağ”ı tərk etsin. Ancaq bu işlər bizim istəyimizdən asılı deyil.Milli komanda hamımızındır. Lazım olan qərarı AFFA rəhbərliyi verəcək.
Ramiq AĞAMƏMMƏDOV
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq