"Turan" klubunun sabiq baş məşqçisi, tanınmış futbol mütəxəssisi Əfqan Talıbov milli komandamızın son uğursuz çıxışları haqda fikirlərini bildirib.
Qol.Az saytına açıqlamasında komandamızın problemlərindən danışan veteran futbolçu Avropada uğur qazanmağın hazırda mümkünsüz olduğunu deyib:
"Biz Avropaya çıxmağa tələsdik. İndi görürük ki, Avropa klubları ilə ayaqlaşa bilmirik. Asiyadan başlasaydıq, daha yaxşı olardı. Özbəkistan kimi təcrübə toplayıb, Avropaya keçərdik. Nə qədər çalışsaq da, Avropa ölkələri ilə bacarmırıq. Bizim olanımız budur. Onlar iki addım gedəndə biz bir addım gedirik. Fikir verin, İngiltərə Estoniyaya qalib gəldiyi üçün sevinir. Məncə, yaxın vaxtlarda Avropada hansısa uğuru əldə etmək bizim üçün çox çətin olacaq. Avropa futbolunda infrastruktur çox düzgün qurulub. Bizdə isə bunu görmürük. Nə qədər futbolçu axtarsaq da tapa bilirik. Çünki vaxtında uşaq futboluna qayğı göstərməmişik. Obrazlı desək, 20 il bundan əvvəl ağac əkməli idik ki, bu gün onun barını görək. Amma biz işə yuxarıdan başlamışıq. Uşaq futbolu ilə məşğul olan məşqçinin maaşı həddindən artıq aşağıdır. Belə olan halda hansı keyfiyyətli işdən söhbət gedə bilər?"
Ə.Talıbov yığmamızın zəif çıxışını sabiq baş məşqçi Berti Foqtsun bacarıqsızlığı ilə yanaşı futbolçu qıtlığı ilə də bağlayıb: "Azərbaycanda heç bir məşqçiyə belə şarait yaradılmayıb. Foqts istədiyi ölkədə təlim-məşq toplanışı edirdi. İstədiyi komanda ilə yoldaşlıq oyunu keçirirdi. Yəni rəhbərlik onun üçün yüksək səviyyədə şərait yaratdı. Ancaq nəticəsi olmadı. Foqtsun son oyunlarda şans verdiyi heyət çox qəribə idi. Kim güclüdürsə, millidə o oynamalıdır. Şəxsi problemlərə görə yaxşı futbolçunu millidən kənarda qoymaq olmaz. Foqts Xorvatiyaya biabırçı məğlubiyyətdən sonra bildirdi ki, futbolçularım yorulmuşdu. Adama sual verərlər ki, ehtiyatda yeddi futbolçun var, niyə onları meydana buraxmadın? Rüfət Dadaşov yorulubsa, Vüqar Nadirov oynasın. Rəşad Sadıqov yorulubsa, Elvin Yunuszdadə oynasın. Yəni bu futbolçular arasında fərq yoxdur. Foqts, əgər sən onlar arasında fərq bilirsənsə, niyə nəticə vermirsən? Zəif çıxışlarımızda Foqts qədər futbolçuların da səhvi var. Qeyd etdiyimi kimi, hazırda futbolçu nəsli yetişmir. Azərbaycanda futbolçu tapmırıq. Digər ölkələrdən gətirib, milliləşdirdiklərimiz isə heç bir fayda vermir".
Ə.Talıbov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Ukraynanın "Dnepr" klubu ilə qarşılaşacağı oyun haqda da fikirlərini bildirib: "Qarabağ"ı çox çətin oyun gözləyir. "Dnepr" hücum futbolu sərgiləyir. Bu komanda hazırda Ukrayna çempionatında liderdir. Əgər "Qarabağ" "Sent Etyen", "İnter"lə oyunlarda hücum və orta xətdə fəal idisə, bu dəfə müdafiədə daha diqqətli olmalıdır. "Dnepr" cinahlardan çox təhlükəli hücumlar qurur. Məncə, "Dnepr"lə oyun "İnter"lə görüşdən daha çətin olacaq. "Dnepr" üç xal qazanmaq üçün çox çalışacaq. "Qarabağ" "Denpr"lə görüşə həlledici oyun kimi yanaşmalıdır. Çünki növbəti oyun da "Dnepr"lə olacaq. "Qarabağ" bu iki görüşdən 4 xal toplaya bilsə, qrupdan çıxmaq üçün yaxşı şans qazanacaq".
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi