Azərbaycan milli komandasının baş məşqçi vəzifəsindən istefa verən Berti Foqts Almaniya mətbuatına geniş müsahibə verib.
Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis istefasının səbəbləri haqda danışıb.
- Cənab Foqts, saat 12-nin xəbərləri sizin Azərbaycan millisinin baş məşqçiliyi postundan istefa verdiyini bildirdi...
- Nə? Doğrudan? İnanmıram ki, dünyada və Almaniyada bu qədər hadisə olan yerdə mənim istefam belə mühüm xəbər olsun.
- Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra bu qərara gəldiniz?
- Bəli. Artıq Azərbaycan yığmasında işləməkdən təngə gəlmişdim.
- Bakıda Bolqarıstana 1:2 yenildiniz. İtaliya kimi güclü komandaya da 1:2 məğlub olmağınıza baxmayaraq, Osiyekdə Xorvatiyaya böyük hesabla uduzdunuz. Avropa çempionatının seçmə mərhələsində ardıcıl məğlubiyyət istefanıza gətirib çıxardı?
- Ardıcıl məğlubiyyətlər mənim orada daha çox işləməyimə əngəl oldu. İtaliyaya qarşı oyundan 3 gün sonra Xorvatiya ilə matça futbolçularda oynamağa güc qalmamışdı. Bəs niyə? Ona görə ki, 7 illik fəaliyyətim dövründə futbolçulardan yalnız çox çalışmalı, çox qaçmalı olduqlarını tələb etsəm də, məni eşidən olmadı. Avroliqada oyun keçirən komanda 4-5 gün ərzində heç bir şey etmirdi. Məşq də olmurdu. Bu səbəbdən İtaliyaya qarşı oyunda futbolçular həvəssiz idilər. Belə davam edə bilməzdim. Ona görə də məntiqli addım atdığımı düşünürəm.
- İki il öncə Azərbaycan yığması ilə müqavilənizi yenilədiniz. Çünki 2016-cı ildə Fransada təşkil olunacaq Avropa çempionatında 24 komandanın iştirak edəcəyi sizi final mərhələsinə vəsiqə qazanmağa ümidləndirmişdi...
- Bəli. Ancaq bəxtimizə İtaliya, Xorvatiya, Norveç və Bolqarıstan kimi komandalar düşdü. Xorvatiyaya məğlubiyyətdən sonra köməkçiləri Volfqanq Rolff və Uli Ştayna dedim ki, biz daha orda qala bilmərik.
- Azərbaycanda 7 illik fəalliyyətdən sonra siz hansı qənaətə gəldiniz?
- Çox çətin vaxtlarım oldu. Baxmayaraq ki, mənim vaxtımda Azərbaycan yığması dünya reytinqində 147-ci pillədən 73-ə yüksəldi. Azərbaycanda futbolu pul üçün oynayırlar. Oyunçular futboldan həzz almırlar. Orada futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı, orada təkmilləşəcəklərini məsləhət görürdüm. Ancaq belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də ölkə xaricinə getmirdilər. Mən Avropa çempionatının seçmə mərhələsi üçün komandanı gəncləşdirdim. Ancaq şərait eyni olaraq qalırdı. Belə oyunçularla daha çox işləməyi istəmədim. Hələ mənim aynada özümə baxan vaxtımdır.
- Şotlandiya, Küveyt, Nigeriya və Azərbaycanda çalışdıqdan sonra gələcəklə bağlı hansısa planınız varmı?
- Hələ ki, belə bir planım yoxdur. Hazırda heç bir şey etmirəm. Qolf oynamaqdan başqa. Mən qolfda 23 olan handikapımı 17-18-ə yüksəltməyə çalışacağam. Qolf oynayarkən mən təngə gəlmirəm.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi
Keyn ərəb klubuna keçir?
“Fənərbaxça” 17 illik həsrətə son qoya bilər
"Neftçi" serbiyalı futbolçu transfer etdi
Mourinyo "Real"da rəsmən təqdim olundu - Şəkillər
Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi - Video
Seneqal millisini çalışdıracaq
"Sabah"ın rəqibində iki ayrılıq
"Qalatasaray" rus futbolçunun transferini həll etdi
"Hapoel”də “Sabah” həyəcanı
“Borussiya” Vermanı transfer etdi
Brunodan "Mançester Yunayted"ə rədd cavabı
Mourinyonun "Real"ında Arda Gülerin durumu necə olacaq?
Azərbaycanda ən çox azarkeş bu oyuna gəldi
Çalhanoğlu ən yaxşı komanda yoldaşlarını açıqladı
"Nyukasl" Dediçi transfer etdi
Yankoviç "Qarabağ"da qalacaqmı? - Özü açıqladı