Azərbaycanın peşəkar bokçusu, “Qəbələ” idman klubunun üzvü Fariz Məmmədov muayinə və müalicə olunmaq üçün Vyanaya yola düşüb. Qol.Az saytına açıqlamasında F.Məmmədov bildirib ki, bu gün Avstriyadakı müayinə zamanı ilginc məqamlar ortaya çıxıb.
“Bildiyiniz kimi, ötən ay mən Qəbələdə WBO və İBF versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə almaniyalı Mattias Pelkə qarşılaşmış və zədəm səbəbindən səkkizinci raundda döyüşü saxlamaq məcburiyyətində qalmışdım. Həmin döyüşdən iki həftə əvvəl özümdə ağrılar hiss etdim. Bakıda müayinədən keçdikdən sonra həkimlər mənə dedilər ki, sağ çiyninin bağları qopub. Söylədilər ki, döyüş zamanı problemlə üzləşməyəcəksən. Mən də bizim həkimlərin qoyduğu diaqnoza inanıb döyüşə çıxdım. Amma dediyim kimi, matçın gedişatında məndə şiddətli ağrılar başladı, ona görə də döyüşü davam etdirə bilmədim” – deyə F.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Vyanadakı müayinə zamanı isə azərbaycanlı həkimlərin səhv diaqnoz qoyduqları üzə çıxıb: “Rentgen müayinəsindən sonra avstriyalı həkimlər mənə bildirdilər ki, sənin çiynində bağlar qopmayıb, əslində, sağ döş tərəfində ikinci qabırğan sınıb. Ümumiyyətlə, burada həkimlər şoka düşüblər. Mənə deyirlər ki, belə vəziyyətdə sizin həkimlər sənin rinqə çıxmağına necə icazə veriblər və sən səkkiz raund necə döyüşmüsən?!”
F.Məmmədov bildirib ki, bir müddət müalicəsi ilə məşğul olacaq, bundan sonra isə yenidən məşqlərə başlayacaq.
Qeyd edək ki, boksçumuz Avstriyadan sonra Almaniyaya gedəcək. Ora səfərdə məqsəd Mattias Pelklə revanş döyüşünün keçirilməsi ilə bağlı müqavilə imzalamaqdır.
Yuxarı
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi