“Qəbələ” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanovun Qol.Az saytına müsahibəsi
- İlk öncə ölkə kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbətan”la keçirdiyiniz görüş haqda danışmaq istərdim. Birinci yarıda çox çalışsanız da, rəqib qapsına qol vura bilmədiniz. Səbəb nə idi?
- Bunun səbəbi çoxdur. Heyətimizdə əsas futbolçularımızın bir neçəsi çıxış etmirdi. İçi mən qarışıq bir neçə yerli futbolçu həmin gün meydana çıxmışdı. Bir yerdə çox oynamadığımız üçün bir az çətin oldu. Ancaq rəqibin inamlı müdafiə olunmasını vurğulmaq lazımdır. Onlarda bizimlə qarşılaşmada çox güc sərf etdilər. İkinci yarıda rəqibin fiziki göstəricilərinin aşağı olması öz sözünü dedi. Biz də bundan maksimum yararlana bildik. Həmçinin ilk yarıda xeyli sayda real qol imkanımız oldu ki, onları dəyərləndirə bilmədik. Elə mən özüm bir metr məsafədən topu qapıya göndərə bilmədim. Futbolda belə hallar olur.
- Demək olarmı ki, ikinci hissədə Rəşad Abdullayevin meydana çıxması qələbə qazanmağınızda böyük rol oynadı?
- Bu, yüz faiz belə oldu. Rəşadın əməyi çox böyük idi. Qolların ötürməsini məhz Rəşad verdi. Həmçinin onun meydana çıxışıyla komandanın oyununda canlanma, sürət xeyli artdı. Özü də bir neçə real qol vəziyyətləri yaratdı. Bir sözlə, Rəşad bütün oyunlarda komandanı öz arxasınca aparır.
- İndi keçək Premyer Liqadakı “Bakı” ilə növbəti oyuna. Bu görüşdə komandandan nə gözləyirsən?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Çünki qarşımızda böyük məqsədlər durur. Hədəfimizin nə olduğu hər kəsə bəllidir. Hazırda qələbələri ardı-arda sıralamağımız komandada ruh yüksəkliyini daha da artırıb. “Bak”nı evdə məğlub etməyə çalışacağıq. Doğma meydanda oynadığımız üçün üstünlük “Qəbələ”dir.
- Bəs rəqib komanda haqda nə düşünürsən?
- Birinci dəfə deyil ki, onlarla qarşılaşırıq. Çox səviyyəli futbolçuları var. Onlar istənilən vaxt oyunun taleyini dəyişə bilərlər. Çətin oyun olacaq. Lakin düşünürəm ki, qələbə seriyamızı “Bakı” ilə oyun da da davam etdirəcəyik.
- Hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmısınız və liderdən cəmi bir xal geri qalırsınız. Necə düşünürsən, qış fasiləsinə qədər birinci pilləni tutmaq şansınız varmı?
- Biz yaxşı dərk edirik ki, qış fasiləsinə qədər bir neçə qələbə qazansaq, hansı pillədə ola bilərik. Komanda bunu edə bilsə, “Qəbələ” layiqli yerinə çata bilər. Hazırkı durumumuzu, heyətimizdəki futbolçuların potensialını nəzər alanda, birinci yerə yüksələ biləcəyimizə inamımız böyükdür.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı