“Neftçi” klubunun müdafiəçisi İqor Mitreskinin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 15-ci turunda “Qarabağ”ı qəbul edəcəksiniz. Komandanız bu oyuna hazırdır?
- Artıq kubokda 1/4 finala vəsiqə qazanmışıq. İndi fikrimizi “Qarabağ”la oyuna yönəltmişik. Hazırlıqlarımız davam edir. Hər iki komandanın kifayət qədər azarkeşi var. “Neftçi” və “Qarabağ” Azərbaycan futbolu üçün çox iş görüb. Komandaların futbolçuları səviyyə baxımından bir-birlərindən geri qalmır. Məncə, bu oyun ən maraqlı, prinsipial görüşlərdən biri olacaq. Biz bu görüşə çox ciddi hazırlaşırıq. İnanıram ki, “Neftçi”də hər şey yaxşı alınacaq.
- “Qarabağ”la oyunda qalib gələcəyinizə inanırsan?
- Onlarla oynamaq olar. Biz nəinki çempionat, hətta Avroliqada da güclü komandalara qarşı müqavimət göstərməyi bacarmışıq. Birdə ki, futbolçu karyeram ərzində bütün rəqiblərimizə hörmətlə yanaşmışam. İstər güclü olsun, istərsə də zəif. Çalışacağıq ki, bu görüşdə sona qədər döyüşüb bizə lazım olan nəticəni qazanaq.
- Bir müdafiəçi kimi “Qarabağ”da ehtiyat etdiyin futbolçu kimdir?
- “Qarabağ” komanda oyunu nümayiş etdirir. Artıq qeyd etdiyim kimi, yetərincə güclü futbolçuları var. Mən artıq üç ildi ki, Azərbaycan çempionatında oynayıram. Demək olar ki, bütün rəqib futbolçuların oyununa bələdəm. Lakin “Qarabağ”ın hücumçusu Rauf Əliyevi xüsusi vurğulayardım. Rauf çox yaxşı hücumçudur, amma mən ondan da çəkinmirəm.
- Hazırda turnir cədvəlinin beşinci pilləsində qərarlaşmısınız. Ehtiyatda isə üç oyununuz durur. Bu mənada, liderliyə yüksəlmək şanslarınızı necə görürsən?
- Düzü, hazırda oyun baxımından sıx qrafikdəyik. Bəzi futbolçularımızın zədələri var. Qarşıda bizi İtaliyanın “İnter” komandasıyla çətin matç gözləyir. Həmçinin hazırkı çempionat əvvəlkilərlə müqayisədə daha çətin və gərgin keçir. Çünki bütün klublar yayda heyətlərini gücləndiriblır. Baxın, həm “Turan”, həm “Kəpəz” istənilən rəqibindən xal almağı bacarır. Lakin dediyiniz kimi, aktivimizdə üç keçirmədiyimiz oyun var. Bu isə bizə xeyli üstünlük verir. Bu oyunlardan istəyimiz xalı toplaya bilsək, liderliyə yüksəlmək mümkün olacaq. Çalışmalıyıq ki, xal itirməyək və irəliyə doğru addımlayaq.
- Bəs, Avroliqada “İnter”lə görüşdə komandandan hansı nəticəni gözləyirsən?
- Rəqib dünyanın ən güclü komandalarından biridir. Ancaq bu oyun bizim üçün ləyaqət matçı olacaq. Çalışmalıyıq ki, bu görüşdə böyükhesabla uduzmayaq.
- “İnter”in artıq növbəti mərhələyə vəsiqə təmin etdiyini nəzərə alsaq, səfərdən ən azı bir xal götümək mümkündür?
- Buna futbolçularımız inanmalıdır. Mən komandama, məşqçilərə çox inanıram. Düzdü, baş məşqçimiz xal qazanmaq üçün bizə təyziq etmir. Lakin meydana uduzmaq üçün çıxmayacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Bu, həm “Neftçi”nin, həm də Azərbaycan futbolunun reytinqinin yüksəlməsi üçün önəmli olar.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı