“Simurq”un müdafiəçisi Ruslan Poladov bu gün AZAL-a qarşı keçiriləcək Azərbaycan kubokunun 1/8 final oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- AZAL-la oyunda mərhələ adlamaq şanslarınızı necə qiymətləndirirsən?
- Şanslar bərabərdir. Biz səfərdə oynadığımız üçün çətin bir matç olacağını düşünürəm. Bu mərhələ bir oyundan ibarət olduğundan hər iki komanda ehtiyatlı davranacaq. Hansısa bir səhv bizi kubok yarışından kənar qoya bilər. Buna görə də istənilən mübarizəyə hazır olmalıyıq.
- Hazırda çempionatın liderisiniz. Demək olar ki, ilk “altılığ”a vəsiqə qazanmağa yaxınsınız. Bəs, klub rəhbərliyi hansını daha önəmli hesab edir: kuboku qazanmağı, yoxsa çempionatda yüksək yeri tutub Avroliqaya getməyi?
- Avroliqaya ən yaxın yol kuboku qazanmaqdan keçir. Düzdü, çempionatda hazırda işlərimiz yaxşı gedir. Lakin qarşıda hələ bizi çox çətin mübarizə gözləyir. Buna görə də nəyəsə qabaqcadan əmin olmaq olmaz. Məhz bu üzdən hər iki yarışmada var gücümüzlə mübarizə aparmağı düşünürük.
- Bir müdafiəçi kimi AZAL-ın hücum xəttindən ehtiyat edirsən? Çünki bu mövqedə çıxış edən futbolçular demək olar ki, bütün rəqiblərin qapsına yol tapıblar.
- Rəqibin əks-hücumları çox təhlükəli olur. Demək olar ki, bir çox halda məhz belə vəziyyətdən qol vurublar. Bəli, onların hücum mövqeyində səviyyəli legionerlər çıxış edirlər. İstər-istəməz ehtiyat edirsən. Çalışacağıq ki, onların əks-hücumları zamanı müdafiəmizdə az boşluq buraxaq.
- Baş məşqçinizlə birlikdə rəqibinizi yaxşı analiz edə bilmisiniz?
- Bəli. Onların zəif və güclü nöqtələrini müəyyənləşdirmişik. Çalışacağıq ki, zəif mövqelərindən yararlanıb, güclü tərəflərindən müdafiə olunaq. Demək olar ki, onların boş zonalarını yaxşı öyrənmişik.
- Necə düşünürsən, hər iki cəbhədə mübarizə aparmaq sizin üçün çətin olmayacaq?
- İddial komanda bütün çətinliklərin öhdəsindən gəlməlidir. Çempionatda bir neçə oyun qalıb. Kubok yarışında mərhələ adlaya bilsək, gələn il üçün komandamız daha da güclənəcək. Bundan sonra yəqin ki, klub rəhbərliyi transferlər həyata keçirərək komandanı daha da gücləndirəcək. İstənilən komandada hansısa mövqedə çatışmayan cəhətlər var. Bunları aradan qaldırmağa çalışacaqlar. Belə olan halda hər iki yarışda mübarizə aparmağımız nisbətən yüngülləşəcək.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı