“Sumqayıt” klubunun müdafiəçisi Aftandil Hacıyevin Qol.Az saytına müsahibəsi
- Bu gün ölkə kubokunun 1/8 finalInda yarışın sonuncu qalibi “Bakı” ilə qarşılaşacaqsınız. Oyuna necə hazırlaşmısınız?
- İstədiyimiz kimi hazırlaşa bilməmişik. Həmçinin itkilərimiz çoxdur. Ona görə də inamlı danışmaq omur. Rəqibimiz də güclü bir komandadır. Belə vəziyyətdən maksimum yararlanmağa çalışacaq.
- Hansı futbolçularınız “Bakı” ilə oyunu buraxacaq?
- Orxan Əliyev zədəlnənib. Ceyhun Sultanov və Uğur Pamuk zədə səbəbindən bu oyunda forma geyinə bilməyəcək.
- Sözlərindən belə başa düşdüm ki, mərhələ adlayacağınıza inamınız yoxdur?
- Əslində gerçək vəziyyət bunu göstərir. Lakin heyətimizdəki gənc futbolçular üçün bu əla bir şans olacaq. Özlərini yaxşı tərəfdən göstərə bilrlər. Əgər belə olsa, “Bakı” üçün asan olmayacaq. Biz daha çox çempionatda “Simurq”la qarşılaşmaya hazır olmaq istəyirik.
- Deməli, kuboka o qədər də önəm vermirsiniz?
- Vəziyyət elədir ki, biz gücümüzü daha çox çempionatın oyunlarına saxlayırıq. Çünki turnir cədvəlində sonuncu pillələrdə qərarlaşmışıq. Demirəm ki, biz “Bakı”la qarşılaşmaya məğlub olmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Futbolda hər şey ola bilər. Xüsusilə bu görüş bir oyundan ibarətdir. Lakin reallıqla danışsaq, bizim iki cəbhədə mübarizə aparmağımız çətindir. Çünki dediyim kimi, komandamızın aparıcı üzvlərinin çoxu zədəlidir. Həmçinin “Bakı”nın da çempionatda vəziyyəti yaxşı olmadığı üçün ümidini kuboka bağlayıb. Düşünürəm ki, bu oyunda var gücüylə oynaya Belə olan halda şanslarımız azalır.
Əli HƏYATİ
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video