“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov sabah ölkə kubokunun 1/8 mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Hazırda komandanızda durum yaxşı deyil. Bu mənada, yəqin ki, “Qarabağ”la oyun sizin üçün ikiqat çətin olacaq.
- Əlbəttə, mövcud durum onu göstərir. Doğrudan da oyun bizim üçün çox çətin olacaq. Çünki “Qarabağ” sıradan komanda deyil. Rəqib futbolçuların əksəriyyəti milli komandanın üzvləridir. Yəganə üstünlüyümüz doğma azarkeşlərimiz qarşısında oynamağımızdır.
- Oyun öncəsi komandanızda nə kimi problemlər var?
- Hazırda Emin İmaməliyevin qızdırması var. Çalışacağıq ki, qarşılaşmaya qədər onu hazır edək. Elvin zədə səbəbindən oynaya biməyəcək. Qalan futbolçularla bağlı hər şey qaydasındadır. Hər kəs oyuna hazırlaşır.
- Emindən söz düşmüşkən, axı “Qarabağ” klubu müqavilə ilə ona məxsus olan bu futbolçunu, eləcə də Bəxtiyar Soltanovun bu görüşdə iştirakına icazə verməyəcəyini açıqlayıb. Bildirilər ki, klublar arasında bununla bağlı razılaşma var.
- Bu razılaşma zaman mən “Kəpəz”də işləmirdim. Bu söhbət klub rəhbərliyi arasında olub. Ancaq sizin sayt vasitəsilə deyirəm ki, mən onları sabah “Qarabağ”a qarşı oynadacağam. Mənə heç kim heç nə deməyib. Belə çıxır ki, mövsüm ərzində onları “Qarabağ”a qarşı heç bir oyunda oynatmayaq. Elədirsə, biz bu futbolçuları nəyə görə icarəyə götürmüşük? Özü də bu, kubok oyunudur. Bu məsələnin çempionat oyunlarlarına dəxli yoxdur. Bu futbolçularımız da oynamasa, necə nəticə qazanaq?! Mənim onları oynatmaq fikrim ciddir. Bu barədə mənə kimsə heç bir söz deyəsi də deyil. Bir daha deyirəm, bu məsələnin kubok oyunlarına aidiyyatı yoxdur. Kim nə bilirdi ki, biz kubokda “Qarabağ”la düşəcəyik.
- Turnir cədvəlinin sonuncu pilləsindəsiniz. Bu səbəbdən komandanızı psixoloji cəhətdən “Qarabağ”la oyuna kökləyə bilmisinizmi?
- Psixoloji durum qalib gələndə yaxşı olur, məğlub olanda yox. Düzdü, indi bəhanə axtarmağın yeri deyil. Bəli, nəticəmiz bu gün üçün çox pisdir. Bu, “Kəpəz”ə yaraşmır. Lakin bütün günahı futbolçuların üstünə atmaqda düzgün deyil. Əvvəl, mən oynadığım dövrdə bütün güclü klublar “Kəpız”dən çəkinirdilər. Lakin indi belə deyil. İstənilən halda futbolçuları oyuna kökləməyə çalışırıq.
- Gəncə futbol ənənələrinə malik bir bölgə olub. İndiki acınacaqlı durumu düzəltmək üçün nə etmək fikrindəsiniz?
- Belə bir göstərici Gəncə futboluna yaraşmır. Hazırkı vəziyyətimiz acınacaqlıdır. Ona görə də yaxşı seleksiya işi aparmaq lazımdır. Çalışmalıyıq ki, təcrübəli və gənc futbolçuların sinteziylə normal bir komanda yaradaq. Mən komandaya gələndə vaxtımız çox az idi. Bütün futbolçuların demək olar ki, klublarla müqavilələri vardı.
- Sizin həm kubok, həm də çempionat oyunlarında mübarizə aparmağa gücünüz çatacaq? Ümumiyyətlə, bu yarışlarda hansı sizin üçün daha vacibdir?
- 3-4 gündən bir oynamaq bizim üçün çox çətindir. Lakin kubok oyununda şansımız daha çoxdur. Çünki bir oyundan ibarət görüşdə “Qarabağ”ı məğlub edib növbəti mərhələyə çıxa bilərik. Növbəti oyunlar isə gələn ilə düşür. Ona qədər komandanı gücləndirə bilərik. Çempionat oyununda onsuz da, ilk “altılıq”a vəsiqə qazanmaq şansımız real görünmür.
- AFFA İntizam Komitəsinin bu gün sizin barənizdə çıxardığı beş oyunluq cəzaya münasibətiniz necədir?
- Bu qərarı çox pis qarşıladım. Mənim onlara daha sözüm yoxdur. Hansısa uşağın sözüylə mənə bu qədər cəza vermələrini gözləmirdim. Deməli, bu ölkədə hörmət yoxdur. Başqa məşqçi olsaydı, onun sözü bunlar üçün bal olardı.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək