“Neftçi” “Rubin”lə oynaya bilər. Rəqib istər maddi, istərsə heyət baxımından güclü olsa da, Kazan təmsilçisində xal almaq olar”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Avropa Liqasında “Rubin”ə qarşı Bakıda keçiriləcək oyun haqda danışarkən deyib.
O qeyd edib ki, “Neftçi” evdə oynayacağından güclü azarkeş dəstəyi altında çıxış edəcək: “Bu isə komandanın yaxşı nəticə qazanmaq şanslarını artırır”.
“Neftçi”nin daxili çempionatda sabit çıxış etməməsi ilə bağlı danışarkən Arif Əsədov deyib: “Baş məşqçi Böyükağa Hacıyevin mətbuata açıqlamalarında da bildirilir ki, heyət baxımından komandada oyunçu qıtlığı var. Belə olan halda “Neftçi”nin iki cəbhədə mübarizə aparmağa gücü çatmır. Lakin mən fikirləşirəm ki, bir oyun üçün komanda yığışıb meydanda var gücünü qoya bilər. Çünki “Neftçi” hər zaman çətin anlarda yığışaraq, yaxşı nəticə əldə edə bilib”.
“Neftçi”nin futbolçuları hazırda fiziki yorğunluqdan əziyyət çəkir. Bu amili nəzərə alsaq, təmsilçimizin “Rubin”lə çətin qarşılaşmanın ikinci hissəsində gücü tükənə bilərmi?” A.Əsəsovun bu suala cavabı belə olub: “Buna komandanın baş məşqçisi daha dəqiq cavab verə bilər. Çünki o yaxşı bilir ki, fiziki çatışmazlıq üzərində işləmək, yoxsa futbolçuların bərpa problemlərini həll etmək lazımdır. Ancaq sözsüz ki, bu amil öz təsirini göstərə bilər. “Neftçi”nin yorğunluğunun xüsusən ikinci yarıda özünü göstərməsi mümkündür. Çempionat oyunlarında da görünürdü ki, ikinci hissədə “Neftçi” zəif təsir bağışlayaraq qapısından qol buraxır. Bu, həm “Simurq”, həm də “Qəbələ” ilə oyunlarda baş verdi. Ancaq əvvəl də dediyim kimi bir oyun üçün yığışıb nəsə etmək mümkündür”.
“Rubin” haqda danışarkən A.Əsədov bildirib ki, onların əsasən orta və hücum xətti çox inamlı təsir bağışlayır: “Hücum zamanı “Rubin” orta xəttdə çoxluq təşkil edir. Belə olan halda onların əks-hücumları çox kəsərli alınır. Fikrimcə, “Neftçi” daha çox orta sahədə rəqibi qarşılamalı, rəqibin futbolçularına qarşı sıx oynayaraq, pressinq etməlidir. Belə olan halda yaxşı nəticə qazanmaq olar”.
A.Əsədov bildib ki, sabahkı görüşdə üstünlük “Neftçi”nin tərəfində olacaq: “Lakin təmsilçimiz “Rubin”lə oyunda qətiyyən açıq futbola üstünlük verməməlidir. Çünki rəqib çox güclü əks-hücumlara malik komandadır. Açıq futbol oynasaq, “Rubin” bundan istifadə edib komandamızı cəzalandıra bilər”.
Əli HƏYATİ
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə