Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov noyabrın 9-da keçiriləcək Avropa Liqasının qrup mərhələsinin “Neftçi” – “Rubin” oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Sabahkı görüş haqda nə düşünürsünüz?
- Bakıda “Rubin”lə qazanılacaq yaxşı nəticə “Neftçi”yə gələcək üçün böyük stimul verə bilər. Düzdü, təmsilçimiz səfərdə “Rubin”ə minimal hesabla uduzsa da, pis təsir bağışlamamışdı. Futbolçuları yalnız qələbəyə kökləmək lazımdır. Bəzi informasiyalar gəzir ki, güya “Rubin”in bir neçə əsas futbolçusu Bakıya gətirilməyəcək. Lakin bu, doğru məlumat olsa belə, Kazan komandasının oyununa heç bir mənfi təsir göstərməyəcək. Çünki onların ehtiyat skamyası zəngindir.
- “Neftçi”nin ölkə çempionatda işləri o qədər də yaxşı getmir. Bu amil “Rubin”lə oyunda təmsilçimizə nə kimi mənfi təsir göstərə bilər?
- Düzdü, çempionatda bir neçə məğlubiyyət yaşadılar. Hiss olunurdu ki, komandada çox yorğunluq var. Zarafat deyil, doqquz gün ərzində dörd oyun keçirirsən. Həmçinin meydançaların vəziyyəti, süni ot örtüklü olması da onların fiziki durumlarına çox pis təsir etmişdi. Lakin mən inanmıram ki, “Rubin”lə qarşılaşmada “Neftçi”də hansısa yorğunluq görsənəcək. Futbolçular da yaxşı başa düşür ki, “Rubin”lə matçı xarici menecerlər izləyəcək. Məncə, məşqçilər heyəti futbolçuları bu görüşə tam kökləyə biləcəklər. Əsas odur ki, “Neftçi”nin futbolçularının zədə problemi olmasın. Çünki onların hazırda ehtiyat skamyasında futbolçu azdır.
- Sizcə, “Neftçi” evdə İtaliyanın “İnter” klubuyla ikinci hissədə göstərdiyi oyunu “Rubin”ə qarşı da nümayiş etdirsə, uğur qazana bilər?
- İstənilən güclü rəqiblə oyunda yaxşı nəticə qazanmaq olar. Lakin bu qələbəni ağıllı taktiki gedişlər sayəsində əldə etmək lazımdır. “Neftçi”nin orta xəttindəki çıxış edən futbolçular səviyyəli və ağıllı oyunçulardı. Onlar bu qarşılaşmada nəyə qadir olduqlarını göstərməlidirlər.
- Amma bir şey də var ki, “Neftçi”nin orta xətt oyunçusu Rəşad Sadiqov hələ ki, sabit çıxış edə bilmir.
- Doğrudur. Lakin Rəşad ağıllı futbolçudur. Onun hazırda 20 yaşı yoxdur ki, təcrübəsiz olduğunu düşünəsən. O, meydanı çox yaxşı görür, Avropa təcrübəsinə malikdir. Əlbəttə, özü də yaxşı bilir ki, onun səhvləri və çatışmazlıqları hardadır. Ancaq unutmaq lazım deyil ki, ona bu işdə Vobay və Flavinyo dəstək olacaq.
- Fikrinizcə, “Neftçi”nin qalib gəlmək şansı nə qədərdir?
- Komandamız doğma meydanda böyük azarkeş dəstəyi altında daha aqressiv və yaxşı futbol nümayiş etdirə bilir. Belə oyunlarda nəyə qadir olduqlarını göstərməlidirlər. “Neftçi”gəlib bu turnirə düşübsə, niyə öz oyununu oynamasın? Heç nədən çəkinməməli, bu şansdan istifadə etməlidirlər. Mən uğur qazanacaqlarına ümidliyəm.
Əli HƏYATİ
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə