Elvin Yuniszadə: "Yorğun olduğumuz üçün istədiyimiz oyunu sərgiliyə bilmirik"

Elvin Yuniszadə: "Yorğun olduğumuz üçün istədiyimiz oyunu sərgiliyə bilmirik"
MÜSAHİBƏ 6 Noyabr 2012 / 15:47 2594
-  A +

“Neftçi”nin müdafiəçisi Elvin Yuniszadə bu həftə Avropa Liqasında “Rubin”ə qarşı keçiriləcək oyunla bağlı  Qol.Az saytının suallarını cavablandırıb


- Noyabrın 8-ndə Tofiq Bəhramov adına Respublika stadionda “Rubin”lə qarşılaşacaqsınız. Təkrar oyundan nə gözləyirsən?

- Rəqibimizin nəyə qadir olduğunu bilirik. Fikrimcə, üstünlük bizim tərəfimizdə olacaq. Çünki evdə oynayacağıq. Çalışıb onlara hiss etdirməliyik ki, Bakıda oynayırlar. Bir sözlə, “Rubin”ə çox çətin olacaq.

- Rəqibinizin hansı özəlliyini xüsusi vurğulayardın?

- Onları meydanın mərkəzində qarşılamalıyıq. “Rubin”in ən güclü mövqeləri cinahlarıdır. Əğər bu cinahları bağlaya bilsək, yaxşı nəticə qazanarıq.

- Bəs, bir müdafiəçi kimi “Rubin”in hansı futbolçusundan daha çox ehtiyyat edirsən?

- Onlar komanda şəklində çox təhlükəlidirlər. Lakin ön xəttə üç futbolçu “Rubin”in ən aparıcı silahlarından hesab olunur. Bunlar Rondon, Kökdəniz Karadəniz və Alan Kasayevdir. Onlara xüsusi nəzarət etməliyik.

- Çempionat oyunlarında “Neftçi” sabit oyun nümayiş etdirmir. Səbəb nədir?

- Düzü, qısa bir zamanda dörd oyun keçirməyimiz komandanı fiziki baxımdan çox yordu. Çünki biz buna öyrəşməmişdik. Bir ay öncə “Qəbələ”ni 3:0 hesabıyla məğlub etmişdik. Lakin yorğun olduğumuz üçün istədiyimiz oyunu sərgiliyə bilmirik.

- Bu amil “Rubin”lə oyunda çıxışınıza nə kimi təsir göstərə bilər?

- İndi hər şey yaxşılığa doğru gedir. İnanıram ki, matça qədər bu problemlərin hamısı aradan qaldırılacaq.

- Baş məşqçiniz Böyükağa Hacıyev komandanı “Rubin”lə oyuna istənilən kimi kökləməyi bacarıb?
 
- Bəli. Çünki bu oyun barədə bütün futbolçularla bir-bir söhbət olur. Çalışırlar ki, hər bir futbolçunu ayrılıqda oyuna kökləsinlər. Məncə, görüşə qədər hər kəs hazır olacaq.

- Komandanızın “Rubin”dən revanş almaq istəyi varmı?
 
- Biz meydana uduzmaq üçün çıxmayacağıq. Əlbəttə ki, uşaqlar “Rubin”dən revanş almağı çox istəyir. İnanıram ki, sonda qalib gələn tərəf biz olacağıq.


Əli HƏYATİ

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

topaz banner