“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Komandanız uzun zamandır qələbəyə həsrət qalmışdı. Ancaq AZAL-a oyunda buna son qoyaraq, 2:0 hesabıyla qalib gəldiniz...
- Ən əsası nəticə bizim istədiyimiz kimi oldu. Qazandığımız üç xal komanda üçün çox vacib idi. Oyuna gəldikdə, hər iki komanda qələbəyə layiqli oyun nümayiş etdirdi. AZAL bu çempionatda sabit oyun göstərən komandalardandır. Heyətimizdə ciddi problemlərin olmasına baxmayaraq, futbolçular meydanda əzmkarlıq göstərdilər. Həmçinin rəqibimizi yaxşı analiz edə bilmişdik. Bütün bunların öhdəsindən gəldiyimiz üçün qələbə qazanmağı bacardıq.
- Birinci dövrədə AZAL-a böyükhesabla məğlub olmuşdunuz. Bu mənada, onlara qarşı görüşdən əvvək komandada hansısa həyacan vardımı?
- Bu, mütləq olmalıydı. Ancaq inanmıram ki, bu sırf AZAL-a oyuna və əvvəlki görüşdəki məğlubiyyətə görə olsun. Ümumiyyətlə, turnir cədvəlindəki mövqeyimizə, rəqiblərin xal fərqinin bizimlə çox az olmasına görə istər-istəməz həyacan vardı. Lakin çox çalışdıq ki, bu problemi maksimum aradan qaldıraq. Görünür, kollektiv şəkildə bunu nail ola bilmişdik.
- Söyləmək olarmı ki, AZAL üzərində qələbədən sonra komandamız qara zolaqdan çıxacaq?
- Biz ilk dövrədə komandamızdan daha yaxşı nəticə gözləyirdik. Lakin istədiyimiz kimi alınmadı. Ancaq turnir cədvəlinə nəzər salsaq, görərik ki, “Qarabağ” da daxil olmaqla bütün iddialı klubların hesabında ən azı üç məğlubiyyət var. Çempionatımızın səviyyəsi gündən-günə dəyişir. Məhz bu amili nəzərə alaraq hər oyuna çox ciddi hazırlaşmalıyıq.
- AZAL-la görüşdə uzun müddətdir zədəsi səbəbindən oynamayan Əfran İsmayılovu meydana buraxdınız. Onun çıxışından razı qaldınız?
- Əfranın hazırkı durumundan razı deyiləm. Bilirsiniz ki, zədəylə bağlı xeyli fasilədən sonra dünən ilk oyununa çıxdı. O, komandanın son bir neçə məşqində də iştirak etməyib. Məhz bu amilə görə Əfrana yüksək səviyyədə oynamaq çox çətin idi. Sadəcə, oyuna saldıq ki, meydanı hiss etsin.
- Komandanız tədricən öz oyununu tapmağa başlayıb. Ancaq futbolçularınız yenidən millinin toplanışına yollanacaq. Yığmadan qayıtdıqdan sonra yenə oyununuzda geriləmə olacağı sizi narahat etmir ki? Bunun qarşısını necə almağı düşünürsünüz?
- Biz buna hazır olmalıyıq. İnanıram ki, aradan qaldırmağın yolunu tapacağıq. Mən hər zaman demişəm ki, istənilən klubun 3-4 aparıcı oyunçusu komandayla birgə hazırlaşa bilmirsə, ən azı düşündüyün oyunu qura bilmirsən. Bilirəm ki, bu üzdən problemlərimiz olacaq. Ona görə də diqqətli olmalıyıq. Əlimizdə olan futbolçuları yaxşı hazırlıqlı vəziyyətdə saxlamalıyıq.
- Nə üçün qapıçıları bir oyundan bir dəyişirsiniz? Fərhad Vəliyev AZAL-a görüşdə qapısını toxunulmaz saxladı və komandanız qalib gəldi. Onu növbəti turda da meydanda görə biləcəyik, yoxsa yenə dəyişiklik olacaq?
- Heç kəs təminat verə bilməz ki, hansı qapıçı meydana çıxsaydı, komanda qalib gələcəkdi. Fərhad Vəliyevin bugünkü durumu elədir ki, biz onun çıxışından razı qalırıq. Həmçinin hər bir qapıçı üçün şərait yaratmışıq və hər oyunda rəqibi də dəyərləndiririk. Çünki rəqibə qarşı quracağımız oyun üslubu da əsas amildir. Hansısa oyunlarda Fərhadın daha üstün olmasını görürük. Hansındasa Mironun durmasını məsləhət bilirik. Lakin kimin meydanda əsas heyətcə çıxacağına daha çox qapıçılarla işləyən məşqçisi cavabdehdir. Qapıçılarla bağlı sırf onlar qərar verir.
- Fərhad bildirib ki, “Qəbələ”lə oyunda meydana çıxsaydı, milliyə çağırılacaqdı. Çünki onun Şimali İrlandiyayla oyuna viza açmaq üçün pasortu alınmışdı.
- Mən düşünürəm ki, əgər məhz buna görə milliyə çağırmayıblarsa, bu, düzgün deyil. Çünki Fərhadın hazırkı durumu çox yaxşıdır. Düşünürəm ki, milliyə çağırılsaydı, komandasına çox xeyir verə bilərdi.
Əli HƏYATİ
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video