Emin Mehdiyev: "Rubin"dən revanş alacağıq"

Emin Mehdiyev: "Rubin"dən revanş alacağıq"
MÜSAHİBƏ 5 Noyabr 2012 / 11:57 5234
-  A +

“Neftçi” klubunun hücumçusu Emin Mehdiyevin Qol.Az saytına müsahibəsi


- Premyer Liqanın XII turu çərçivəsində səfərdə “Qəbələ” komandasına məğlub oldunuz. Görüş haqda təəssüratlarını öyrənək...

- Rəqibimiz çox güclü komandalardan hesab edilirdi. Onların ötən turda “Qarabağ”ı məğlub etmələri rəqib komandada ruh yüksəkliyini və özlərinə inamı artırmışdı. Lakin həmin oyunda “Neftçi”nin yorğunluğu açıq-aydın görünürdü. Buna baxmayararq, meydanda sona qədər mübarizə apardıq. Sadəcə, onların şansları bizdən daha çox gətirdi. Əslində həmin oyunda uduzmalı deyildik.
 
- Qarşılaşmanın 31-ci dəqiqəsində qapınızda qol görsəniz də, bir dəqiqə sonra hesabı bərabərləşdirdiniz. Həmin epizodu necə şərh edərdin?

- Düzü, qoldan sonra komanda elə bilki qəfil ayıldı. Bütün güvvə ilə irəli atıldıq. Eyni zamanda da, rəqib qoldan sonra bir az boşalmışdı. Əslində biz müdafiəyə daha çox diqqət yönəltmişdik. Çünki şansımızı əks-hücumlara bağlamışdıq.  Çalışdıq ki, məğlub olmayaraq, evə xalla dönək. Əslində həmin görüşdə “Qəbələ bizdən daha üstün oyun sərgiləyirdi. Ona görə də, elə çox real qol imkanları əldə edə bilmədik. Çünki fiziki baxımdan çox yorğun idik.

- Çoxları deyir ki, “Neftçi” gücünü daha çox “Rubin”lə oyun üçün qoruyurdu. Bu fikirlə razısan?

- Xeyir, mən belə deməzdim. Əslində komandamız səkkiz günə üç oyun keçirib. Bu isə fiziki baxımdan futbolçulara mənfi təsir göstərmişdi. Axı biz İngiltərə çempionatında oynamırıq ki, üç gündən bir oynamağa uyğunlaşaq. Fikrimcə, biz elə rəqibimizə fiziki baxımdan məğlub olduq.  Komandamız çox yorğun idi.

- Bir neçə gündən sonra Tofiq Bəhramov adına Respublika stadionunda “Rubin”lə təkrar qarşılaşmaya çıxacaqsınız. Bu görüşdə revanş alacağınıza inanırsanmı?

- Biz artıq “Qəbələ” ilə oyunu elə Qəbələdə unutmuşuq. Çünki bizi qarşıda Avroliqa turniri çərçivəsində daha güclü rəqib “Rubin”lə oyun gözləyir. Niyə də onlardan revanş almayaq? Rəhərlikdən tutmuş, futbolçularadək bütünlüklə “Rubin”lə oyuna köklənmişik.

- Bir çox komanda yoldaşların Rusiya klubunu Bakıda məğlub edəcəklərini deyir. Sən bu haqda nə düşünürsən?

- Səfərdə minimal hesabla məğlub olsaq da, komandamız pis təsir bağışlamamışdı. Düzdü, rəqib “Barselona” kimi nəhəng klubu məğlub etmiş komandadır. Lakin biz də, onlardan çəkinmirik. Meydana ilk növbədə qalib gəlmək üçün çıxacağıq. Ən azı məğlub olmamaq haqda düşünürük.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki