AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XI turunda doğma meydanda “Bakı”nı qəbul etdiniz və 2:1 hesablı qələbə qazandınız. Amma oyunun 10-cu dəqiqəsində erkən qol buraxmışdınız...
- Onsuz da biz bilirdik ki, ilk dəqiqələrdən “Bakı” hücuma atılacaq. Çünki onlara da üç xal çox vacib idi. Mən inanmırdım ki, rəqib bizimlə əks-hücum futboluna üstünlük verəcək. “Bakı” meydana nominal hücumçuyla çıxsa da, ilk dəqiqələrdən 4-3-3 taktikasına üstünlük vermişdi. Onların irəlidə üç hücumçusu mübarizə aparırdı. Erlkən qol buraxmağımıza əsas səbəblərdən biri də rəqibin bizi yaxşı analiz etməsi idi. Standart vəziyyət zamanı futbolçularımızın səhvi nəticəsində tez bir zamanda qol vurdular.
- Rəqibin standart vəziyyətləri zamanı futbolçularınızda çaşqınlıq yaşanırdı. Elə qolu da məhz bu vəziyyətdən buraxdınız.
- Mən hesab edirəm ki, biz standart vəziyyətlər zamanı heç bir əziyyət çəkmirdik. Eyni zamanda hava toplarında da problemlər yaşamadıq. Sadəcə, bir dəfə səhvə yol verdilər ki, onda da qapımıza qol vuruldu. Qarşılaşmanın qalan bütün vaxtlarında hər şey normal idi. Düzdü, bu gün bəzi problemlərimiz hələ də qalmaqdadır. Durub deyək ki, əla komanda yaratmışıq və tez bir zamanda böyük nəticələr əldə edəcəyik, düzgün olmaz. Bizim məqsədimiz gələcəkdə güclü bir kollektiv formalaşdırmaqdıe. Hazırda bəzi problemlərimizin həlli yollarını axtarırıq. Ən əsası odur ki, AZAL-ın döyünən böyük bir ürəyi var. Hər kəs nəticə üçün əlindən gələni edir.
- Görüş ərzində komandanız bir çox təhlükəli hücumları boşa verdi. Bu isə tez-tez sizin narazılığınıza səbəb olurdu.
- Hər hücum qolla nəticələnsə, onda futbol basketbola dönər. Hirslənməyim ondan irəli gəlirdi ki, ev tapşırıqları düzgün yerinə yetirilmirdi. Məşqlərdə isə bu, bizdə əla alınırdı. İstəyirdim ki, bunu oyunda da etsinlər. Lakin etiraf etmək lazımdır ki, bu gün futbolçuların əksəriyyətində ustalıq səviyyəsi o qədər də yüksək deyil.
- Komandanızın liderlərindən olan Zohair Benouahi topu özündə saxlayaraq hücumu ləngidirdi. Oyundan sonra buna görə ona iradlarınızı bildirdiniz?
- Açığı, onun oyunu məni tam qane edir. Mən onsuz da futbolçularla onunla oyundan öncə də, sonra da ətraflı söhbət edirəm. Gəlin etiraf edək ki, futbolçu bütün oyunları yüksək səviyyədə keçirə bilməz. Əsas odur ki, futbolçuların rəhbərliyə, rəhbərliyin isə oyunçulara böyük inamı var. Mən çempionatın əvvəlində də demişdim ki, mövsümün ən yaxşı futbolçuları Nildo və Benouahi olacaq. Onların hazırlığı, potensialı çox böyükdür.
- “Bakı” üzərində qələbə qazandınız. Komandanızın oyunu sizi qane etdimi?
- Əlbəttə ki, müəyyən boşluq var. Bunun da səbəblərində biri Bakı”la oyundan öncə iki tur çox çətin səfər qarşılaşması keçirməyimiz idi. Bəzi futbolçular özlərini tam bərpa edə bilməmişdilər. Narazı qaldığım futbolçular olsa da, “Bakı” ilə oyundan sonra onlara güzəşt etdim.
- Hansı mövqenin çıxışı sizi daha çox narazı saldı?
- Mənim üçün ən böyük problem müdafiə xəttidir. Komandamın hər oyunda top buraxması pis haldır. Hesab edirəm ki, bu gün müdafiə üzərində xeyli işləməliyk.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər